Sənubər Sabir qızı İsgəndərova

Aparıcı səhnə ustası

Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.

1990-cı ildə   M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olan Sənubər İsgəndərova aşağıdakı rolları oynayıb.

Sənubər İsgəndərova “Şöhrət və ya unudulan adam” (Qadın), “Qurbanəli bəy” (Xanım), “Yaşıl eynəkli adam” (Jalə), “Şirin çay” (Aktrisa), “Bəyaz gecələr” (Nastya), “Qu quşunun məhəbbəti” (Gülər)Həlimə xanım,(“ Qətl günü”, Y.Səmədoğlu), Tamara (“Dadaşbala əməliyyatı”, R.Əlizadə), Leyli (“Leyli və Məcnun”, M.Füzuli), Fərizə (“Şəhidlər”, R.Səməndər), Bahar (“Kimdir müqəssir”, Ə.Haqverdiyev), Tomris (“Yeddi məhbusə”,Ə.Əmirli), Müğəni qız (“Laləli düzən”, R.Əlizadə), Qonaq (“Qurbanəli bəy”, C.Məmmədquluzadə) və s.

1997-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində  müxtəlif səpkili rolları oynayıb:

Siyan Şi (“Özümüzü kəsən qılınc”,B.Vahabzadə),İcraçı (“Şah Edip”, Sofokl), Burla Xatun (“Burla xatun”,N.Xəzri), Nisə xanım (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə ), Ulduz (“Ulduz, yaxud Ədirnə fəthi”C.Cabbarlı), Aysel (“Cəzasız günah”, B.Vahabzadə), Gertruda (“Hamlet”, V.Şekspir), Firəngiz və Fransuaza (“Brüsseldən məktublar”, H.Həsənov), Sərvinaz bəyim (“Ölüləri qəbiristanlıqda basdırın”, İ.Şıxlı), Falçı, Elmina (“Mesenat”, “Sevən qadın”, Ə.Əmirli), Molli Relston (“Tələ”,Aqata Kristi ),Məşuqə (“Generalı son əmri”V.Səmədoğlu),Svetlana Poqoeva(“Sinif yoldaşları”),Doktor Lal Byuz (“Dəli yığıncağı”,C.Məmmədquluzadə) və s.

Sənubər İsgəndərova “Şöhrət və ya unudulan adam” (Qadın), “Qurbanəli bəy” (Xanım), “Yaşıl eynəkli adam” (Jalə), “Şirin çay” (Aktrisa), “Bəyaz gecələr” (Nastya), “Qu quşunun məhəbbəti” (Gülər) teletamaşalarına və “Kişi sözü” (Solmaz), “Şahid qız” (Rəna),”Fəryad»”(Ana),”Təsədüfi görüş”(Tamara xanım), “Leyli və Məcnun” ( Leylinin anası) filmlərinə çəkilib.

Sənubər İsgəndərova 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.Prezident mükafatçısıdır.