FİRUZƏ MİRZƏAĞA QIZI BALAYEVA

Firuzə Mirzəağa qızı Balayeva 1980-ci il 23 fevralda Bakı şəhərində anadan olub. 1997-ci ildə orta məktəbi bitirib və elə həmin il Bakı Mədəni-Maarif texnikumuna daxil olub. 2000-ci ildə Kulturologiya və bədii yaradıcılıq fakültəsini bitirib. 2004-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi işə başlayıb. 2008 ildə teatrdan ayrılaraq “Azərbaycanfilm” kinostudiyasında filmlərdə rejissor assistenti kimi işləməyə başlayıb. İlk filmləri – “Tanrıverdinin nağılı” (rej:Ş.Qurbanəliyev). “Ölüm növbəsi” (rej:F.Əliyev) – 2008 rəssam assistenti. “Niyyət” (rej:S.Kərimoğlu-2009. “Kabusun gözü ilə” (rej:R.İbrahimbəyov-2009.) “Mən evə qayıdıram” (rej:S.Kərimoğlu-2010) və s. 2009-2010-cu illərdə “İbrus” özəl teatrında rejissor assistenti vəzifəsində çalışıb. 2010-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Teatr rejissoru” fakültəsində oxuyub. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrda işlədiyi müddətdə Zibeydə(“Ölülər”C.Məm-       mədquluzadə),Kənd sakini (“Almaz”C.Cabbarlı), Qış (“Gəl baharım,Gəl yazım”X.Həsənova),                     Fatma(Biri var idi,biri yox idi”(Xalq nağılı),Balaca Cırtdan (“Buzlar ölkəsi”A.Sadıqov),Səkinə (“Dəli yığıncağı”C.Məmmədquluzadə),            Firuzə Balayevə “Niyyət”,“Kabusun gözü ilə”,“İki” filmlərində,“Qaynana”,“Həyat,sən nə qəribəsən”, “Aramızda qalsın” və s. seriallarında rol alıb.