Mehriban Ələkbərzadə

Mehriban Zaur qızı Ələkbərzadə
Rejissor (teatr-kino), tarixçi və yazar-jurnalist
 
1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib.
Yaradıcılığa 1988-ci ildə Azərbaycan Dövlət Akademik  Milli Dram Teatrında Jan Pol Sartrın  “Dəfn edilməmiş ölülər” (diplom işi) tamaşası ilə başlayıb. Həmçinin Azərbaycan Dövlət Tele-Radio Şirkətində bir–birinin ardınca Y.Koktonun “İnsan səsi”, M.Vəzirin “İlğım”, N.Hacızadənin  “Torpağın yeddi ağısı”, “İlk Burjuaziya”, M.Normanın “Gecən xeyrə qalsın, ana”, A.Məsudun “Cəza” əsərlərinin televiziya tamaşalarını ssenari müəllifi və quruluşçu rejissor kimi lentə alıb.
1991-ci ildən teatrda, daha sonra kinostudiyada fəaliyyətə başlayıb, sonralar Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Daha sonra televiziya filmləri, bədii televiziya filmləri, televiziya tamaşaları çəkib. İlk dəfə MÜƏLLİF proqramlarının yaradıcısı kimi jurnalist fəaliyyətinə  1994-cü ildən (AZTV) başlayıb.
Azərbaycan TV məkanında ilk dəfə müəllif proqramları kimi  “İnsan-Fövqəlinsan”, “Teleportret rakursunda”, “Həqiqət anı və ya APORİYA”, “Xalq düşmənləri və ya repressiya  qurbanlarının ailələri” adlı proqramları ilə jurnalist kimi fəaliyyət göstərib.
Ölkənin əyalət teatrlarında müxtəlif tamaşaları – E.de.Flipponun, “Silindr”, Tennissi Uilyamsın ”Sökülən yurd”, B.Vahabzadənin “Yağışdan sonra”, Ş.Qurbanovun “Sənsiz”, S.Sratiyevin “Çarəsiz sərnişinlər” və s. pyeslərini bu işlərlə paralel olaraq hazırlayıb. 1991-ci ildə Azərbaycan Kinostudiyasında ilk “GÜZGÜ” qısametrajlı filmini çəkib.
1999-cu ildən “SPACE” müstəqil TV-də Bədii rəhbər vəzifəsində çalışaraq, 80 seriyadan artıq film üzərində işləyib. Onun işlədiyi ”Azərbaycan xanlıqları” filmi Təhsil Nazirliyinin tövsiyəsi ilə orta məktəblərdə əyani tədris vəsaitləri kimi təsdiq edilib.
2001-2007-ci illərdə Müəllif Proqramları Departamentinin müdiri  vəzifəsində çalışıb.
2007-2008-ci illərdə Azərbaycan Dövlət Tele-Radio Qapalı Səhmdar Cəmiyyətində (AZTV) “Maarifçilik” studiyasının (4 redaksiya) rəhbəri olaraq fəaliyyət göstərib.
Azərbaycan Milli Elmlər Akademiyasının Yeni tarix şöbəsində elmi işçi, 2007-ci ildən böyük elmi işçi olaraq “Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə (XVII ƏSRİN 40-cı illəri–XX əsrin əvvəlləri)” mövzusu üzərində (namizədlik işi) çalışıb. Daha sonra A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi fəaliyyəti göstərib.
2010-2011-ci illərdə Azərbaycan Kinostudiyasının “Salnamə” sənədli filmlər studiyasında tarixi sənədli film (ssenari müəllifi və quruluşçu rejissor) çəkib.
2018-ci ildən Azərbaycan Dövlət Yuğ Teatrında  Baş rejissor, 2022-ci ildən Gənc Tamaşaçılar Teatrında Baş rejissor vəzifəsində  çalışıb.
2023-cü ilin may ayında Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrının Bədii rəhbəri vəzifəsinə təyin edilib.

Quruluş verdiyi tamaşalar

Müxtəlif Teatrlarda  (əsasən Azərbaycan Dövlət Akademik Milli Dram  Teatrında):
J.P.Sart “Dəfn edilməmiş ölülər”
K.Abdullayev “Min illərin işığı”
B.Vahabzadə “Yağışdan sonra”
Ş.Qurbanov “Sənsiz”
S.Srtatiyev  “Çarəsiz sərnişinlər”
Elçin “Poçt şöbəsində xəyal”
H.Cavid “Afət”
Elçin “Qatil”
M.Ələkbərzadə “Cavid və Mövlanə”
A.Məsud “Qatar altına atılan qadın”
H.Cavid “Əmir Teymur”
Q.Qorin “Herostratı unudun”
R.Akutaqava “Müəmmalı QƏTL”
İ.Fəhmi  “İsgəndərə yeni namə”  (Nizami Gəncəvi – 880)
Ç.Aytmatov “Əsrə bərabər gün”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Ə.Əmirli “Nuri-didə Ceyhun”

Azərbaycan Dövlət “YUĞ” Teatrında:
İ.Fəhmi “Mənəm…MƏN” (İ.Nəsimi)
R.Akutaqava  “Müəmmalı qətlin üç versiyası”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:
T.Vəliyeva   “Cəza”
M.Ələkbərzadə   “Kod adı… V.X.A”

Müxtəlif illərdə lentə aldığı kinofilmlər:

  • “GÜZGÜ” qısa metrajlı bədii film,1991
  • “Məhkumlar” tammetrajlı bədii film, 2007
  • Azərbaycan film kinostudiyasında (Salnamə) “Mart hadisələri və ya Qara oyunlar” bədii sənədli filmi, 3 seriya 2010-2011

Bədii televiziya filmi və televiziya tamaşaları:

  • P.Sartr “Dəfn edilməmiş ölülər”
  • Kokto “İnsan səsi”
  • Hacizadə  “M.Ə.Rəsulzadə”
  • Norman “Gecən xeyrə, ANA”
  • Məsud “Cəza”
  • Vəzir “İlğım”

Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə layiq görüldüyü mükafatlar:

  • 1997-2000-2011-ci illərdə (3 dəfə) ”HUMAY” mükafatı;
  • 2002-ci ildə  “H.B.Zərdabi“  medal və diplomu;
  • 2003-cü ildə  “Y.Məmmədəliyev”mükafatı və “İlin ən yaxşi jurnalisti” mükafatı;
  • Bizim naməlum kino festivalinda 1-ci mükafat “Ən yaxşı film mükafatı”;
  • Teatr-Eksperemental tamaşalar festivalında “Ən cəsarətli rejissor işinə görə“ mükafatı;
  • Elçinin “Post şöbəsində xəyal” tamaşasına görə ”Qızıl Dərviş”mükafatı;
  • Televizyada aparıcı kimi Jurnalistlər İttifaqının fərqlənmə diploma; beynəlxalq  ANIM filmləri festivalında  “Gizli sənəd və faktlar araşdırması”mükafatı;
  • 2006-cı ildə “Ömrün sarı işığında“ adlı sənədli filmin ən yaxşı rejissor  işinə görə “Qızıl çıraq”Milli Film Mükafatı;
  • 2007-ci ildə C.Abdullayevin “Məhkum edilmişlərin cənnəti “ povesti əsasında “Məhkumlar” filmi. “Şərq-Qərb” kinofestivalinda xüsusi mükafatı;
  • 2003-cü ildə “İravən və Naxçıvan xanlıqları yaxud gecikmiş işğal”filminin araşdırma, yeni tarixin öyrənilməsi uğruna görə Naxçıvan MR Ali Məclisi tərəfindən  “Naxçıvan MR-nın  “Əməkdar incəsənət xadimi“ fəxri adı;
  • 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azəbaycanın Əməkdar incəsənət  xadimi”fəxri adı;
  • Prezident mükafatı.