Məmmədov Hacıbaba İsmayıl oğlu

Məmmədov Hacıbaba İsmayıl oğlu 1 iyun 1964-cü ildə Naxçıvan MR Culfa rayonu Xanağa kəndində anadan olub. 1982-1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib.

1989-2000-ci illərdə “YUĞ” Teatrında aktyor, 2000-2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003-2010-cu illərdə “Qanun” MMC-də mətbəə müdiri, 2010-2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib. 2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzaibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışır.