AĞAYEV ZİYA SƏBUHİ OĞLU

Ağayev Ziya Səbuhi oğlu (Ziya Ağa) 1991-ci ildə Ağdam şəhəri, Muradbəyli kəndində anadan olub. 2009-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatr və kino aktyoru” fakültəsində oxuyur. İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş “Sus” qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi “Qurbağa” adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu obraz canlandırıb. “Arzuların ardınca” adlı tammetrajlı bədii filmində əsas obraza çəkilib. Ziya Ağa aktyor fəaliyyətində ilk öncə “Səda” Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət “Yuğ”dövlət teatrının nəzdində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı “M-Teatr” da fəaliyyətini davam etdirib. 2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb. Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun dəvəti ilə Akademik Milli Dram Teatrına dəvət olunub və hazırda Xəfiyyə Yerkökü (“Çipollino” C.Rodari),Ser Endryu Egüyçik“On ikinci gecə”(V.Şekspir), O, “Bir, iki, bizimki”(K.Abdulla),Leytinant Dmitri (“Sinif yoldaşları”Y.Polyakov) və s. tamaşalarda çıxış edir.