
Aida Eldar qızı Qafarova 17 iyun 1973-cü ildə Bakı şəhərində anadan olub. 1999-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Magistr təhsilini fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqında müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən İttifaqın məsul katibidir.
2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Doktoranturasında təhsil alıb.
2024-2026-cı illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor köməkçisi vəzifəsində çalışıb. 2026-cı ildən Yaradıcı şöbənin müdiridir.
Müəllifi olduğu kitablar: «Ömrün səhifələri seriyasından», «Qəmər Almaszadə» (2015); «Nəsibə Zeynalova» (2016), «Mehdi Məmmədov» (2018); «Zəfər ömrü» (2017); «Hacı tək» (2022).
Aida Qafarova bir sıra elmi məqalələrin müəllifi, Şəmsi Bədəlbəyli, Məhərrəm Haşımov və Hökümə Qurbanovaya həsr olunmuş kitabların, həmçinin «Teatrda rəssamın rolu» (Arif Əbdürəhmanov), «Rejissor işi haqqında» (Mehdi Məmmədov, Zəfər Nemətov) kitablarının tərtibçisi və redaktorudur.
