
Aygün Süleymaova 1988-ci il Bakı şəhərində anadan olub. 1994-2005-ci il Osman Mirzəyev adına Səbail rayonu 190 saylı məktəbdə təhsil alıb. 2006-2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsini “Teatrşünaslıq” ixtisası üzrə bakalavr; 2010-2012-ci ildə magistr pilləsini bitirib. 2014-2017-ci ildə AMEA Teatr, kino və televiziya şöbəsi Memarlıq və İncəsənət İnstitutunun doktarantura pilləsi üzrə təhsil alıb.
2013-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür.
Müxtəlif mətbuat orqanlarında (“Qobustan” jurnalı, “Mədəniyyət”, “Kaspi” qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edib. 2009-cu ilin iyun ayında Az.TXİ-nin pleniumu çərçivəsində keçirilən konfransda “Azərbaycan milli teatrı və təhsil sistemi” mövzulu məruzə ilə çıxış edib.
2012-ci il 6-13 iyul tarixində Moldovanın paytaxtı Kişinyovda keçirilən Gənclərin Teatr Forumunda teatr tənqidçisi kimi iştirak edib.
2013-cü il 01 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan “2+1” İkinci Eksperimental Teatr Festivalında fəxri diplomla təltif olunub.
2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsində həvəsləndirici diplom ilə təltif olunub.
2019-cu il 1-9 mart tarixində keçirilən “Boş məkanın dolğunluğu” 2-ci eksperimental tamaşalar festivalında ekspert, 2023-cü ildə keçirilən “Azərbaycan teatrı-150” inkişaf perspektivləri Teatr Forumunda iştirakçı, 2023-cü ildə keçirilən “Pillə 2” tələbə tamaşalar festivalında iştirakçı, 2024-cü il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Qazax Milli İncəsənət Akademiyasının birgə keçirdiyi “Teatrşünaslığın tədrisinin müasir problemləri”nə dair təlimlərdə iştirakçı, 2025-ci ildə keçirilən “Pillə 3” Respublika tamaşalar festivalında jüri kimi çıxış etmişdir.
19-21 fevral 2024-cü il tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən “Aleksandrinski Teatr Məktəbi: MDB dövlətləri ilə əməkdaşlığın inkişafı” Beynəlxalq maarifləndirmə layihəsinin Sankt-Peterburq Dövlət Universitetinin proqramı üzrə “Müasir milli teatrda menecmentin əsasları” kursunda ixtisasartırma haqqında dövlət nümunəli şəhadətnamə ilə təltif olunmuşdur.
2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasında dərs deyir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti «Mədəniyyət dünyası» elmi-nəzəri jurnalın Teatr sənəti ixtisası üzrə redaksiya komissiyasının üzvüdür.
