
Lalə Sənan qızı Məmmədova 08 iyul 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində ali təhsil almışdır.
2010-cu ildən etibarən Azərbaycan Teatr Xadimləri İttifaqında müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda İttifaqın beynəlxalq məsələlər üzrə katibi vəzifəsini icra edir.
2010-cu ildən Beynəlxalq Teatr İnstitutu (ITI) Azərbaycan Milli Mərkəzinin icraçı katibidir.
2020–2025-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında prodüser fəaliyyəti və analitik İnformasiya şöbəsinin prodüseri və şöbə müdiri vəzifəsində çalışmışdır.
02 fevral 2026-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Strategiya və Kommunikasiya şöbəsinin menecer-şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.
Lalə Məmmədova Azərbaycan teatr sənətinin beynəlxalq aləmə inteqrasiyası məqsədilə bir çox beynəlxalq tədbirlərin təşkilində və həyata keçirilməsində fəal iştirak etmişdir.
2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
