
Azər Əsgərov (Hacıəsgərli)
Akademik Milli Dram Teatrı musiqi hissə müdiri
Azər Əhməd oğlu Əsgərov (Hacıəsgərli) 1984-cü il fevralın 29-da Bakı şəhərində anadan olub. 2005-ci ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə (Xəyyam Mirzəzadənin sinfi) daxil olub. 2009-2012-ci illərdə Aydın Əzimovun sinfində bəstəkarlıq fakültəsinin magistr pilləsində təhsil alıb. 2010-2011-ci illərdə Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasında (ГуКиТ.С.П) ixtisas artırma institutunda səs rejissorluğu fakültəsində təhsil alıb.
2017-ci ildə Kiyev Dovjenko mərkəzinin və British Council şurasının təşkil etdiyi “Envision Sounds” proqramının iştirakçısı olmuşdur;
2018-ci ildə həmin proqramın finalçısı olaraq «Mute Nights» bəstəkar və musiqiçilər üçün nəzərdə tutulmuş beynəlxalq «Səssiz Filmlər Festivalı»nda iştirak etmişdir;
2018-2019-cu illərdə LOLA texnologiyaları üzrə Tallin Teatr və Musiqi Akademiyasında və Praqa Musiqi Akademiyasında master-klasslarda iştirak etmişdir;
2022-ci ildə Praqada keçirilən Elements FMT festivalda əsəri ifa olunmuşdur;
2023-cü ildə isə Estoniyada keçirilən «Commute» audiovizual və elektron musiqi festivalının iştirakçısı olmuşdur;
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (Audiovizual bəstəkarlıq) və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında (Tamaşanın musiqi tərtibatı fənnindən) dərs deyir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Kinorejissorlar Gildiyasının idarə heyətinin üzvüdür. 2025-ci ildə ən yaxşı kino musiqisi (Qızıl Pəri) mükafatını alıb.
Müxtəlif teatrlarda tamaşaların bəstəkarı olub: «Maraqlı fiqur vəya siçan qadin» (2016) rej. Vidadi Həsənov, «Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur» (M.F.Axundov) musiqili komediya (2021) rej. Elvin Mirzəyev, «Casus» (Kamal Abdulla) (2022) rej. Anar Babalı, «Kod adı VXA» (rej Mehriban Ələkbərzadə) 2023, «Vaqif dünyası» (Bəhruz Vaqifoğlu) 2023, «The Müqəssir» (Abdulla Elşadlı) 2023, «Əlvida Cəmilə» (İmran Əli) 2023, «Novruz bayramı. Xıdır baba» (Nicat Kazım) 2024, «Dimetos» (Mirzə Nicat) 2024, «Şah Abbasnamə» (Nicat Kazımov) 2025, «Vəziri Xani Lənkəran» (Gümrah Ömər) 2025 və s.
Akademik Milli Dram Teatrında bir sıra tamaşaların bəstəkarı olmuşdur: «Əsrə bərabər gün» (rej Mehriban Ələkbərzadə) 2024, «İblis və…» (rej Mehriban Ələkbərzadə) 2024, «Ledi Maqbet» (rej Nicat Kazımov) 2024, «BAŞ» (rej Mehriban Ələkbərzadə) 2025, «Gözəl və Bədheybət» (rej Anar Məmmədov) 2025 və s.
