Emil Əskərov

Emil Əskərov 18 sentyabr 1993-cü ildə anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2017-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 2017-2019-cu illərdə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. 2019-cu ilin oktyabr ayından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətovun dəvəti ilə Akademik Milli Dram Teatrında rejissor kimi fəaliyyət göstərir.

Emil Əskərov aşağıdakı tamaşalara quruluş verib:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – F.M. Dostoyevki “Aciz”;

Lənkəran Dövlət Dram Teatrı – Moris Meterlink “Korlar”;

Əjdər Ol “Meşəbəyinin dostları”;

Emil Əskərov – “Şaxta baba və pərilər”, “Sehrbazlar dərəsi”;

Mingəçevir Dövlət Dram Teatrı – Yelena Sokolova “Ağıllı dövşan”;

Akademik Milli Dram Teatrı – C. Cabbarlı “Yaşar”, E. Əskərov “Şaxta baba və Befan nənələr”.