Noyabrın 30-da Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, əməkdar artist Səməndər Rzayevin 80 illik yubileyinə həsr olunan “Dəli yığıncağı” tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl görkəmli sənətkarın həyat və sənət yoluna nəzər salınıb.

Xalq artisti Rafiq Əzimov Səməndər Rzayevin Azərbaycan mədəniyyətinə, teatr və kino sənətinə bəxş etdiyi böyük töhfələrdən söz açıb.

Xalq artisti İlham Namiq Kamal böyük sənətkar haqqında xatirələrini bölüşüb, Səməndər Rzayevin gözəl insan və görkəmli şəxsiyyət olduğunu qeyd edib.

Daha sonra tamaşa nümayiş olunub. Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan “Dəli yığıncağı” tamaşanın rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşada səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.

Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Əli Nurzadə (Kərbəlayi Türbət), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Kazım Abdullayev (Hacı Nayib), Elşən Cəbrayılov (Formasyon Rüstəm), Aslan Şirin (Həmzat Qurban), Mətləb Abdullayev (Şimrəli Çavuş), Əlvida Cəfərov (Hacı Məhəmmədəli), Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Məzahir Cəlilov (Hacı Bağdad), Mətanət Atakişiyeva (Məşədi Zeynəb), aktyorlar Vüsal Mustafayev (Sərsəm Salman), İlyas Əhmədov (Cinni Mustafa), Rüstəm Rüstəmov (Hacı Xudaverdi), aktrisalar Firuzə Balayeva (Səkinə), Ləman İmanova, Dilarə Nəzərova, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Lalə Süleymanova, Nərminə Məhərrəmova çıxış edirlər.

“Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə  şərti, simvolik xarakterdədir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

 

Please follow and like us: