Cavid Zeynallı

cavid-sekil-azdramaCavid Zeynallı 1986-cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. İlk hekayəsi “Ulduz” jurnalında çap olunub, sonrakı illərdə əsərləri “Azərbaycan” və “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, “525-ci qəzet”də çap olunub. 

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc ədiblər məktəbi”nin məzunudur. 2010-cu ildə “Günəşi gözləyənlər” adlı ilk romanı işıq üzü görüb.

 

2010-cu ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatını qazanıb. Həmin il Azərbaycan Yazıçılar Birliyinə üzr qəbul olunub, gənclər üçün Prezident təqaüdünə layiq görülüb.

 

İkinci romanı “Leyla” 2014-cü ildə “Kulis.az”ın seriyasından işıq üzü görüb.

 C. Zeynallı çağdaş türk yazıçıları Əsli E. Perkerin “Cəllad məzarlığı” və Tuna Kirəmitçinin “Dualar əbədidir” romanlarını dilimizə çevirib.