Xudaverdiyev Firuz

 Firuz İslam oğlu XudaverdiyevXudaverdiyev

 Dram Artisti

Firuz İslam oğlu Xudaverdiyev 9 iyul 1939-cu ildə Bakı Şəhərində anadan olub. 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra, təyinatla Mingəçevir Dövlət Dram Teatrına gedən aktyor aşağıdakı rolları oynayıb.

Fuad («Almaz», C.Cabbarlı), Şəmsi bəy (“Eşq və intiqam”, S.S.Axundov), Vəzir (“Fərhad və Şirin”, S.Vurğun), Ədalət (“Məhv olmuş gündəliklər”, İ.Əfəndiyev), Assistent (“Şöhrət və ya unudulan adam”, N.Hikmət) və s.

O.1976-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib və teatrın səhnəsində bu rolları oynayıb:   Bir kişi («Dəli yığıncağı», C.Məmmədquluzadə), Qoca (“Fitnə”, A.Şaiq), Əsgər (“Maqbet”, V.Şekspir), Xəstə (“Biganələr oteli”, R.İbrahimbəyov), N.Kokin (“Daşqın”, A. Safronov), Çolaq (“Yad adam”, L. Frank), 1-ci polis («Səhra yuxuları», Anar), Ter Vahan və, Mamayı («Xurşidbanu Nətavan», İ.Əfəndiyev), Mola (»Mirzə Şəfi Vazeh», N.Xəzri), Hans («Gecənin sirri», A.Safronov), 1-ci Qanun («İblis», H.Cavid), Kərbəlayı Bəndalə («Bəxtsiz cavan», Ə.Haqverdiyev), Aşbaz Abbas («Sehrli alma», Y.Lada), Xəstə («Biganələr oteli», R.İbrahimbəyov), 1-ci ərizəçi («Lənkəran xanının vəziri», M.F.Axundzadə), Qulam («Aydın», C.Cabbarlı), Həkim («Kəllə» N.Hikmət), Molla («Brüsseldən məktublar», H.Həsənov), Reynaldo (“Hamlet”, V.Şekspir), Kərbəlayi Vəli (“ Ölülər”, C.Məmmədquluzadə), Hacı Hüseyn («Dirilən adam», Mir Cəlal ), Kosa ( “Gəl, Novruzum”, S.Cavadlı), Şir ( “Şir və dovşan”, Nağıl tamaşa), Qoca Təlxək ( “Kvazimodo”, V.Hüqo), II Hakim (“Uçqun”, T.Cücenoğlu), Kor kişi ( “Şeyda”, H.Cavid)

Aktyor “Dəvətnamə” (Müəllim), “Həmyerlilər” (Sarı Sarızadə), “Ordan- burdan” (Müəllim), “Pəncərədə işıq” (Firuz) teletamaşalarında oynayıb.

Firuz Xudaverdiyev 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.