Quliyeva Səidə

Səidə Əbülfəz qızı Quliyeva

   Dram Artist

Səidə Əbülfəz qızı Quliyeva 5 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1978-ci il də Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və həmin ildən təyinatla Akademik Milli Dram teatrına göndərilib. Böyük səhnədə debütü 10 mart 1979-cu ildə rejissor Əşrəf Quliyevin hazırladağı V. Şekspirin «Heç nədən hay-küy» komediyasında Hero rolu olub. Bundan sonra, aktirisa teatrda müxtəlif rejissorların qurluşlarında maraqlı obrazlar yaratmışdır:

Bəyim (“Xurşidbanu Natəvan», İ.Əfəndiyev), İkinci kölgə                   («Maqbet», V.Şekspir), Sevinc («Sənsiz», Ş.Qurbanov), Kəniz («Atabəylər», İ.Əfəndiyev), Nastya («Həyatın dibində», M.Qorki), Qaraqoyunlu ana («Ağqoyunlular və Qaraqoyunlular», Ə.Əmirli, ), Firəngiz («Ah Paris…Paris !..», Elçin), Həcər xanım («Eşq və intiqam», S.S.Axundov), Qadın («Kəllə», N.Hikmət), Ana («Dar ağacı», B.Vahabzadə), Qonşu («Qatil», Elçin), Çəpəl Suralı («Dirilən adam», Mir Cəlal), Kərbəlayi Fatma («Ölülər», C.Məmmədquluzadə), Ana Torpaq («Eloğlu», A.Şaiq), Yaşlı qadın («Uçqun», T.Cücenoğlu ) və s.

İstedadlı aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan (İ.Əfəndiyev) «Atayevlər ailəsi»ndə Reyhan, «Sarıköynəklə Valehin nağılı»ında Reyhan, (R.Qasımov) «Yollar görüşəndə»dəki Çiçək, «Qonşu qonşu olsa»da Balacaxanım, (M.Süleymanlı) «Kökdən düşmüş piano»da Gülər, (Ə.Əmirli) «Bala-başa bəla»dakı İzzət Nəfisli, (A.Babayev) «Nekroloq»dakı Elmira, «Dəvətnamə»dəki Məleykə və s.

Aktirisa «Bizi bağışlayın» (Klara), «Yaramaz» (Gülya), «Fransız» (Səidə), «Əsrlə göy arasında» (Gəlin), «Milli bomba» (Əbdülqənin qızı) filimlərinə çəkilib.

Quliyeva Səidə Əbülfəz qızı 28 oktyabr 2000-ci ildə Azərbaycan Respulikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

2008- 2009-cu illərdə Prezident mükafatına layiq görülmüşdür.