Poladov Fuad

Poladov Fuad Ağarəhim oğlu —  lirik-psixoloji üslublu aktyorluq məktəbinin Fuad_Poladovqabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR-nin xalq artisti (20 mart 1987).

Həyatı

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib[1]. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (19671972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib, 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

Fuad Poladovun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə (“Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Büllur sarayda” və “Şeyx Xiyabani”, İlyas Əfəndiyev), Cığatay (“Yağışdan sonra”, Bəxtiyar Vahabzadə), Avtandil (“Darıxma ana”, Nodar Dumbadze) Fərhad (“Məhəbbət əfsanəsi”, Nazim Hikmət), Şahbaz bəy (“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Şöklü Məlik (“Torpağa sancılan qılınc”, Nəbi Xəzri), Zaur (“Təhminə və Zaur”, Anar), Baron (“Həyatın dibində”, Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir.

Teatrın dəvəti ilə 29 mart 2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Uilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb.

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Nazim
  2. Ağasadıq Gəraybəyli (film, 1974)
  3. Axırıncı dayanacaq (film, 2014)
  4. Ailə (film, 1998) (tammetrajlı bədii film) — rol: mafiya başçısı
  5. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Vaqif Fətəliyev
  6. Arxada qalmış gələcək (film, 2005)
  7. Atayevlər ailəsi (film)
  8. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  9. Cəza (film, 1996)
  10. Dede Korkut hikayeleri (film)
  11. Dərvişin qeydləri (film, 2013)
  12. Dolu (film, 2012)
  13. Ehram Tv (film, 2009)
  14. Etimad telefonu (film, 2001)
  15. Əlavə təsir (film, 2010)
  16. Əlvida, cənub şəhəri (film, 2006)
  17. Ən vacib müsahibə (film, 1971)
  18. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  19. Fatehlərin divanı (film, 1997)
  20. Güllələnmə təxirə salınır!… (film, 2003)
  21. Günaydın, mələyim! (film, 2008)
  22. Hacı Qara (film, 2002)
  23. Həqiqətin özü (film, 2008)
  24. Həyat çiçəyi (teleserial, 2013)
  25. İmtahan (film, 1987)
  26. İşarəni dənizdən gözləyin (film, 1986)
  27. İstintaq davam edir (film, 1966)
  28. Köpək (film, 1994)
  29. Küçələrə su səpmişəm (film, 2004)
  30. Qara “Volqa” (film, 1994)
  31. Qayınana (film, 1978)
  32. Qırmızı qatar (film, 1993)
  33. Qırmızı Terror və ya Mircəfər Bağırov (film)
  34. Mən evə qayıdıram (film, 2014)
  35. Ovsunçu (film, 2003)
  36. Ömür və tale. Birinci film (film)
  37. Ömür və tale. İkinci film (film)
  38. Ömür və tale. Üçüncü film (film, 1998)
  39. Ömür və tale. Dördüncü film (film, 1998)
  40. Ömür və tale. Beşinci film (film, 1998)
  41. Rus tərcüməsi (teleserial) — rol: Əbdu Salih (Rusiya)
  42. Salur Qazanın evi talandığı boy (film, 2001)
  43. Tərsinə çevrilən dünya (2011)
  44. Təsadüfi görüş (film, 1999)
  45. Üçüncü zəng (film, 2006)
  46. Ümid (film, 1995)
  47. Vahimə (film, 1998)