Gülməmmədov Natiq

GulehmedovGülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “mədəni maarif” fakültəsinə daxil olub, 1991-ci ildə institutu bitirmişdir.

1973-1979-cu illərdə Naxçivan Dram Teatrında müxtəlif sahələrdə işləmişdir. 1980-1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988-1997-cı illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997-2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı,  2003-2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010-2015-cı illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışmışdır.

2016-cı  ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdur.