Rüstəmov Rüstəm

Rüstəmov Rüstəm20160117_185259

HƏYATI

Rüstəm Qərib oğlu Rüstəmov 11.12.1961-ci ildə Cəbrayıl rayonunun Çaxırlı kəndində anadan olmuşdur. 1968-1978ci illərdə Bakıda, Sabunçu rayonunda yerləşən 188 saylı orta məktəbdə təhsil almışdır. 1980-1982 Hərbi xidmətdə olmuşdur. 1983-1987ci illərdə M. Əliyev adına Azərbaycan dövlət İncəsənət İnstitutunun “Dram və Kino aktyoru” fakültəsində təhsil almışdır. İnstitut illərində bir çox tamaşalarda rol almışdır. 1987-1989cu illərdə təyinatla Sabit Rəhman adına Şəki Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1989-1995ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında , 1995-1998ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. 2013-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Ailəlidir. Bir övladı var.

YARADICILIĞI

INSTITUT ILLƏRİNDƏ OYNADIĞI ROLLAR
TAMAŞA ROL
Namus Rüstəm
Kamança Qaçaq
Elektra Orest
Qaçaqlar Qaçaq
Şirəbənzər Murad
İstirahət günü Miusov
ŞƏKİ DÖVLƏT MUSİQİLİ DRAM TEATRI
Xoşbəxtlər Mürşüd
Dar ağacı Çağlar
İkimərtəbəli adam Murad
Müsyö Jordan və Dərviş Məstəli Şah Məzhəkəçi
Dağlar məni səsləyir Fərid
SUMQAYIT DÖVLƏT DRAM TEATRI
Qınamayın məni əzəmət
Təxribatçılar Serjant
Qocaların məhəbbəti Unal
Barlı ev Uari
Məlikməmmədin yeni sərgüzəştləri Məlikməmməd
Qan yaraları Namiq
Ayıq olun uşaqlar Savalan baba
Yanmış evin nağılı Erməni qulduru
Gəlin açıq danışaq, lap açıq Rüstəm
Şah İsmayıl Şah İsmayıl
İtilgetlər kargüzar
Subaylarınızdan görəsiniz Fəqan
AZƏRBAYCAN DÖVLƏT MÜSİQİLİ KOMEDİYA TEATRI
Hərənin öz ulduzu Qan Əlibala
Qızıl toy Qədir
Subaylarınızdan görəsiniz Əlipaşa və Fəqan
Özümüz bilərik Miriş
Əlli yaşında cavan Şulu
AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI
Kölgə Pyetro
Mənim günahım Səxavət
Sənətkarın taleyi Hacı Məhəmməd Tağı
Herostratı unudun Krisip
Laləli düzən Kahin