Nəzərova Dilarə

Nəzərova Dilarə

Nəzərova Dilarə

Nəzərova Dilarə Şamil qızı

Həyatı

Dilarə Nəzərova 13 yanvar 1974-cü ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq sənətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt səhnəsində Həlimə (“Yanmış evin nağılı” A.Zeynalov), Taclıbəyim (“Çaldıran döyüşü” İ. Ağalaroğlu), Kukla Teatrında Şərəfnisə (“Müsyö Jordan” M.F.Axundov), Əzrayıl (“Dəli Domrul” Dədə Qorqud Dastanı) kimi obrazlar yaratmışdır. 1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. O, teatrın səhnəsində aşağıdakı rolları ifa edib: Güllər (“Ah, Paris…Paris!..” Elçin), Kəniz (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), Susanna (“Aydın” C.Cabbarlı), Böcək (“Köhnə ev” Ə.Əmirli) Səkinə (“Bu dünyanın adamları” Hidayət), Papopa (“Fedra” J.Rasin), Gözəl (“Mənim günahım”, İlyas Əfəndiyev).

YARADICILIĞI

Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrı
Müəllif Tamaşa Obraz Quruluşçu rejissor
A. Zeynalov Yanmış evin nağılı Həlimə F. Məhərrəmov
F. Kərimzadə Şah İsmayıl Taclıbəyim A. İdrisoğlu
Abdulla Şaiq adına Kukla Teatrı
C.Məmmədquluzadə Pırpız Sona Pırpız Sona R. Əlizadə
R. Əlizadə Ay Dəli Dilarə R. Əlizadə
A.Puşkin Şamaxı gözəli Şamaxı gözəli R. Əlizadə
R. Əlizadə Əzrayıl Monotamasa Əzrayıl R. Əlizadə
Akademik Milli Dram Teatrı
İ. Əfəndiyev Dəlilər və ağıllılar Nazilə M. Fərzəlibəyov
V. Babanlı Ana intiqamı Haykanuş B. Osmanov
Elçin Ah Paris, Paris Gülər xanım A. Nemətov
İ. Əfəndiyev Hökmdar və qızları qızlardan biri M. Fərzəlibəyov
Səməd Vurğun Fərhad və Şirin qızlardan biri C. Səlimova
Ə. Əmirli Köhnə ev Böcək B. Osmanov
C. Cabbarlı Aydın Susanna M. Mirzə
Hidayət Bu dünyanın adamları Səkinə M. Fərzəlibəyov
Jan Rassin Fedra Panora M. Fərzəlibəyov
Xeyrəddin Qoca Hərənin öz payı Bağdagül M. Fərzəlibəyov
Mir Cəlal Dirilən adam Şirin O. Qurbanov
A. Şaiq Eloğlu Mərcan Ə. Əsgərov
M.M. Seyidzadə Əsmər və Füzuli Zivər M. Fərzəlibəyov
Tufan Minullin Alın yazısı Hökümə A. Kazımov
H. Cavid Sevda Mariya M. Fərzəlibəyov
Ə. Əmirli Ağqoyunlular və qaraqoyunlular Qaraqoyunlu Ana B. Osmanov
Əfqan Oliqarx Naza O. Qurbanov
C. Məmmədquluzadə Anamın kitabı Zivər F. Məhərrəmov
Rey Kuni Zorən şorgöz Mariya N. Kazımov
Xalq Nağılı Məlikməmməd Ağ div və böyük bacı N. Kazımov
A. Şaiq Qaraca qız Püstə L. Kərimov
Elçin Teleskop Şəvqət bacısı K. Şahmərdan
E. De Filippo Silindr Bettina və qonşu qadın R. Novruz
İ. Əfəndiyev Mənim günahım Gözəl M. Fərzəlibəyov
BƏDİİ FİLMLƏR
Filmin adı Obraz Rejissor
Ağ atlı oğlan Səidə Ə.Əbluc
Yük Nina R. Almuradlı
Cavid ömrü Tamara R. Həsənoğlu
Zabitin ölümü Qız R. İsax
Xəzər Dəniz Donanması H. Fətullayev
Ölümə dəvətnamə Şəvqət bacısı E. Cahangirli
SERİALLAR
İtgin gəlin Siminbər L. Məmmədbəyov
Gürzə Ziba M. Bədirzadə
Yanmış körpülər Şəvqət bacısı
Bir ailəm var Nənə
TELETAMAŞA
Bığ əhvalatı Züleyxa E. Cahangirli
Bağdada putyovka Qadın M. Bədirzadə