Nəsibova Rada

rada nesibovaRada Ziyad qızı Nəsibova
Həyatı

Rada Ziyad qızı Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olmuş, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

20022007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışmışdır. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktrisası olaraq fəaliyyət göstərir. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaratmışdır.

Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol almışdır.

Teatr səhnəsindəki rolları

Sıra Tamaşa Rol İllər
1 Oqtay Eloğlu Sevər
2 Nəsrəddin Pəri
3 Ağa Kərim xan Ərdəbili Leyla
4 Təklif Nataliya
5 Tribunal Nadya
6 Durnalar qayıdanda Günay
7 Məhəbbət əzabları Reyhan
8 Kömürçü ailəsi Mərziyyə
9 Xurşidbanu Natəvan Təhminə
10 Mesenat Tələbə qız
11 Gəl, Novruzum Bahar qızı
12 Varlı qadın Cangüdən
13 Kvazimodo Qara təlxək
14 Şir və Dovşan Qarğa
15 Tülkü, Tülkü, Tünbəki Bala dovşan
16 Sərgüzəşti vəziri xanı Lənkəran Şölə xanım
17 Qanlı Nigar Bədidə
18 Kabuslar Məşuqə
19 Teleskop Elçin Ruh

Filmoqrafiya

Sıra Film Rol İllər
1 Girov kəndli qız 2005
2 Mənim üçün varsan Aynur 2005
3 Sarı gəlin Firuzə
4 Qu rəqsi Sülhiyyə
5 100000 AZN Qırmızı paltarlı qız 2009
6 Gürzə Nigar 2009
7 Qaydasız döyüş Nigar 2009
8 İstanbul reysi Falçı 2010
9 Yaddaş Arzu 2010
10 Bir anın həqiqəti Jurnalist
11 Ünvansız eşq Leyla
12 Aramızda qalsın Lalə 2011
13 Qayınana Sədaqət 2011
14 Bir ailəm var Nazlı 2013-h.h.