İmanova Ləman

HƏYATI
23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişdir.

2002-2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstəmişdir. Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.

YARADICILIĞI

Bakı Bələdiyyə Teatrı

  • Elektra (“Elektra”, Sofokl)
  • İradə (“Daşa dönmüş ürəklər”, X. Əlimirzəyev)
  • Cadə (“Xəyanətin müsibəti”, İ. Kərimov)
  • Arzu (“Oğul”, Aqşin Babayev)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

  • Mariya (“Ağlasığmaz qətl”, Alber Kamü)
  • Dinarə (“Başdanayağa oyun”)
  • Qəndab (“Ölüləri qəbiristanlıqda basdırın”, İsmayıl Şıxlı)
  • Liza (“Mesenat”, Əli Əmirli)
  • Sənəm (“İkinci səs”, Bəxtiyar Vahabzadə)
  • Madmuazel (“Dirilən adam”, Mir Cəlal)
  • Əsmər (“Füzuli və Əsmər”, Mirmehdi Seyidzadə)
  • Esmiralda (“Kvazimodo”, Viktor Hüqo)
  • Mələk (“Alın yazısı”, T. Minulin)
  • Qənirə (“İrəvanda xal qalmadı”, Hidayət Orucov)
  • Nata (“Nazirin xanımı”, Branislav Nuşiç)
  • Natəvan (“Mənim günahım”, İlyas Əfəndiyev)
  • Səltənətbəyim (“Qarabağnamə”I.Əfəndiyev)
  • Bettina (“Silindr” Eduardo de Filippo)
  • Zeynəb (“Ölülər” C. Məmmədquluzadə)

FİLMOGRAFİYA

  1. Oyya (“Mükafat” film, 2004)
  2. Vəfa (“Bacanaqlar”  teleserial)
  3. Sənubər(“Ünvansiz eşq” serial)
  4. Vəkil hanı? (film, 2011)
  5. Tutu (“Tufanlı Səma” serial)
  6. Aytən (“Bir Ailəm var” serial)
  7. Həkim (“Həyat sən nə qəribəsən” serial)