Novruzlu Xədicə

Novruzlu Xədicə Sahib qızıxədicə

Həyatı: Xədicə Novruzlu 23 İyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakının Binəqədi rayonunda yerləşən 102 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. 2010-cu ildən orta təhsilini Yasamal rayon 219 saylı orta məktəbində davam etdirmişdir.

2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakultəsinin 1-ci kursuna daxil olmuşdur. Hal hazırda həmin fakultənin 4-ci kurs tələbəsidir.

2000-ci ildə, hələ 5 yaşında ikən Akademik Milli Dram Teatrında Elçinin “Mənim ərim dəlidir” (rejissor – Azərpaşa Nemətov) tamaşasında ilk – Qonşu qız rolu ilə səhnəyə çıxmışdır.  Sonradan bir çox rollarla Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçıların rəğbətini qazanmışdır.

2002 – 2011-ci illərdə “Lider” telekanalında hazırlanmış “Dan Ulduzu” yarışmasının aparıcısı olmuşdur. Bu illər ərzində 2 filmdə də rol almışdır.

Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş “Xəcalət” tamaşası ilə Gürcüstanda, Serbiyada, Moldovada qastrol səfərlərində olmuş, Krımda keçirilən “Teatr.Çexov.Yalta”, Belarusun Brest şəhərində keçirilən “Belaya veja” teatr festivallarında iştirak etmişdir.

2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Təsis etdiyi “İlin ən gənc aktrisası” adına, 2015-ci ildə Azərbaycan Respublikasının muvafiq sərəncamı ilə “Gənclər üçün Prezident mükafatı”na layiq görülmüşdür.

2016-cı ildən Akademik Milli Dram Teatrının Aktyor Truppasının yardımçı heyətində çalışır.

 

Filmlər

  1. Qonşular (Pərvanə, serial)
  2. Kinli, Xəsis, Səfeh (Dəcəl qız, film)

Akademik Milli Dram Teatrı

  1. Qonşu qız – “Mənim ərim dəlidir”
  2. Gülçöhrə – “Müsyö Jordan və dərviş Məstəlişah”
  3. Dilənçi uşaq – “Qürbətdən gələn məktublar”
  4. İradə – “İkinci səs”
  5. İlisu – “Alın yazısı”
  6. Fəridə – “Xəcalət”
  7. İbnə bacı – “Kabuslar”
  8. Tutu – “Qaraca qız”
  9. Tıx-tıx xanım – “Danışan gəlincik”
  10. Mərcan – “Əlibaba və qırx quldur”
  11. Qacarın ilk sevdiyi qız – “Şah Qacar”
  12. Nazlı – Ölülər