Nəsibova Rada

rada nesibovaRada Ziyad qızı Nəsibova
Həyatı

Rada Ziyad qızı Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olmuş, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

20022007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışmışdır. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktrisası olaraq fəaliyyət göstərir. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaratmışdır.

Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol almışdır.

Teatr səhnəsindəki rolları

  1. Sevər (“Oqtay Eloğlu”)
  2. Pəri (“Nəsrəddin”)
  3. Leyla (“Ağa Kərim xan Ərdəbili”)
  4. Nataliya (“Təklif”)
  5. Nadya (“Tribunal”)
  6. Günay (“Durnalar qayıdanda”)
  7. Reyhan (“Məhəbbət əzabları”)
  8. Mərziyyə (“Kömürçü ailəsi”)
  9. Təhminə (“Xurşidbanu Natəvan”)
  10. Tələbə qız (“Mesenat”)
  11. Bahar qızı (“Gəl, Novruzum”)
  12. Cangüdən (“Varlı qadın”)
  13. Qara təlxək (“Kvazimodo”)
  14. Qarğa (“Şir və Dovşan”)
  15. Bala dovşan (“Tülkü, Tülkü, Tünbəki”)
  16. Şölə xanım (“Sərgüzəşti vəziri xanı Lənkəran”)
  17. Bədidə (“Qanlı Nigar”)
  18. Məşuqə (“Kabuslar”)
  19. Ruh (“Teleskop” Elçin)
  20. Zeynəb (“Ölülər” C. Məmmədquluzadə) 2016
  21. Küpəgirən (“Aldanmış ulduzlar” A. Sadıqov) 2016
  22. Xurşud xanım (“Boy çiçəyi” İ. Əfəndiyev) 2016
  23. İfritə Tükəzban (“Buzlar ölkəsi” A. Sadıqov) 2017
  24. Yaxşı (“Almaz” C. Cabbarlı) 2017

FİLMOQRAFİYA

  1. kəndli qız (“Girov” 2005)
  2. Aynur (“Mənim üçün varsan” 2005)
  3. Firuzə (“Sarı gəlin”)
  4. Sülhiyyə (“Qu rəqsi”)
  5. Qırmızı paltarlı qız (“100000 AZN” 2009)
  6. Nigar (“Gürzə” 2009)
  7. Nigar (“Qaydasız döyüş” 2009)
  8. Falçı (“İstanbul reysi” 2010)
  9. Arzu (“Yaddaş” 2010)
  10. Jurnalist (“Bir anın həqiqəti” )
  11. Leyla (“Ünvansız eşq”)
  12. Lalə (“Aramızda qalsın” 2011)
  13. Sədaqət (“Qaynana” 2011)
  14. Nazlı (“Bir ailəm var” 2013)