İlyas Əhməd

 

Əhmədov İlyas Əhməd oğlu

Əhmədov İlyas Əhməd oğlu 5 aprel 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə 12 nömrəli Makarenko adına internat məktəbində orta təhsilə başlamışdır. 10-11 sinif orta təhsilini 154 nömrəli gecə məktəbində davam etdirmişdir.

1999-cu ildə ADMİU-nin “Dram və kino aktyorluğu” fakültəsinə daxil olmuşdur. Hələ tələbəlik illərində “Gənc Tamaşacılar Teatrı”nın rus bölməsində aktyor olaraq çalışmışdır.

2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 2004-cü il oktyabrın 4-də Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilmişdir.

Oynadığı tamaşalar:

Gənc Tamaşaçılar Teatrı

  • “Alenkiy Çvetoçik”
  • “İndiyskaya Fantaziya”
  • “Belosnejka i sem qnomov”
  • və s.

Akademik Milli Dram Teatrı

  • “Rəqabət” (Qaçay)
  • “Ölüləri Qəbirstanlıqda basdırın” (Hacı)
  • “Dirilən adam” (Bağır)
  • “Uçqun” (Gənc kişi)
  • “Muradın kələkləri”
  • “Kvazimodo” (Kvazimodo)
  • “Mesenat” (Fətulla bəy)
  • “Qarabağnamə” (Hüseynqulu xan)
  • “İkinci səs”
  • “El oğlu”
  • “Qışın sərgüzəştləri”
  • “Kleopatra”
  • “Sənətkarın taleyi” (Əbdül)
  • “Sərgüzəşti vəziri xani Lənkəran”
  • “Qılınc və Qələm” (Fəxrəddin)

Filmoqrafiya

  • “Прощай, южный город!”
  • “İstanbul tətili”
  • “Qisas”
  • “Muradına çatan günəş”
  • “Qanun naminə”
  • “Hörümçək toru”
  • “Sevimli xəstə”
  • “Qaydasız döyüş”
  • “Yol”
  • “Tufanlı səma”
  • “Lal yuxu”
  • “Küləklər şəhəri”
  • “Üç bacı”
  • “Ayna”
  • “Oyun”