Şıxəliyev Ramin

Ramin Tofiq oğlu Sıxəliyevramin

Həyatı

Ramin Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. 1997-ci ildə Kələxan kənd orta məktəbini və Lerik rayon yeddiillik incəsənət məktəbini bitirib.

2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakultəsini dram kino aktyoru ixtisası üzrə bitirib. Həmən il universitetin sənətşünaslıq fakultəsinin teatrşünastlıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur.

Təhsil illərindən “İlham” Miniatür Teatrına dəvət almış və beş il o teatrda aktyor vəzifəsində çalışmışdır.

2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərib. 2012-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.

Teatr səhnəsindəki rolları

1998-2003-cü ilədək “İlham” Minüatür Teatrında oynadığı rollar

  1. Əyyaş (“Dünyanın axırı” R.Əlizadə),
  2. Satıcı (“Şifonerdə eşq məhəbbət” C. Aslanoğlu),
  3. Balabəy (“Qulaq”),
  4. Qurd (“Qurd və Quzu” R. Səməndər),
  5. Montyor (“Müasir toy” Miryusif).

2003-2012-ci ilədək Bakı Bələdiyyə Teatrında oynadığı rollar

  1. Cəlal (“Ölülər” C. Məmmədquluzadə),
  2. Fərraş (“Nadir şah” N.Nərimanov),
  3. Xasməmməd (“Dönüş” C.Cabbarlı),
  4. Cəbhəçi (“Oğul” A. Babayev),
  5. Poçtalyon (“Damokl Qılıncı” N. Hikmət),
  6. Silvestr (“Skapenin kələkləri” J.B.Molyer),
  7. Qulaməli (“Müsyo Jordan dərviş Məstəli şah” M.F.Axundzadə),
  8. Sahə müvəkkili (“Daşa dönmüş ürəklər” X.Əlimirzəyev),
  9. Qazı köməkçisi (“Bəylik dərsi” M.Süleymanlı),
  10. Arslan ağa (“Əli və Nino” Q.Səid),
  11. Ağa Bəşir (“Mürafiyə vəkilləri” M.F.Axundzadə),
  12. Əvəz Əvəzov (“Qaravəlli” Anar),
  13. Xoren (“Türk sancağı” A.Qurbani)

2012-ci ildən Akademik Milli Dram Teatrında oynadığı obrazlar

  1. Ərizəçi (“Sərgüzəşti-vəziri-xani- Lənkəran”, Mirzə Fətəli Axundzadə),
  2. Sakin (“Qatarın altına atılan qadın ”, Afaq Məsud),
  3. İgid (“Qanlı Nigar”, Sadıq Şəndil),
  4. Qonsalonun qohumu və Don Lopes (“Don Juan və Həndəsə” Maks Friş),
  5. I Kobi (“Yaşlı xanımın gəlişi”, Fridrix Dürenmatt),
  6. Nüsrət (“Oliqarx”, Əfqan),
  7. Tək göz (“Kuraj və uşaqları”, Bertold Brext),
  8. Hüseyn Şahid (“Anamın kitabı”, Cəlil Məmmədquluzadə),
  9. Qulluqçu, Siçan bəy (“Danışan gəlincik”, Abdulla Şaiq),
  10. Fərari (“Generalın son əmri”, Vaqif Səmədoğlu)
  11. 11. Alberto (” Silindr”) .
  12. Quldurbashi (” Alibaba ve Qirxquldur”)
  13. Kapral (“Kölgə “)
  14. Muhemmed Huseyin Xan (” Nadir Shah “).
  15. Yashli Kishi (” 21 .15 Qatari “).
  16. Imperator Yadish (”’ Laleli Duzen. “)
  17. Yusif (Aldanmış ulduzlar )
  18. Kərbəlayi Vəli (“Ölülər”, C. Məmmədquluzadə)
  19. Bobçinski (“Müfəttiş”, N.V. Qoqol)
  20. Timur bəy (“Vəsiyyət”, H. Mirələmov)

Bir çox dövlət tədbirlərində və əyləncəli verilişlərdə çıxış edib.

Filmoqrafiya

  1. Biz qayıdacağıq (film, 2007)
  2. Cavid ömrü (film, 2007) – gənc bolşevik
  3. Seçilən (film, 2008)‎
  4. Qanadlarıma sığal çək (film, 2008)
  5. Qovğalı kəndinin gecələri (film, 2008)
  6. Oyunçu (film, 2008)
  7. Cavad xan (film, 2009) – erməni
  8. Susmuş vicdan (film, 2010)
  9. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  10. Dolu (film, 2012)
  11. Sübhün səfiri (film, 2012)
  12. Dələduzlar (film, 2014)
  13. Qız yükü ( serial)
  14. 5+ (serial)
  15. Həyat sən nə qəribəsən (Arif Həkim, Serial)
  16. “Bizim Jek”  1.2.3.4
  17. “Dəfnı Agacı” (Fariz,serial)
  18. Bir ailəm var (Qardaş, serial)
  19. Son Addım (Ceyhun, serial)