Qarayev Elnar

Qarayev Elnar

Qarayev Elnar

Qarayev Elnar Cəfər oğlu 

Həyatı

Qarayev Elnar Cəfər oğlu (26.01.1983) 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2004-cü ildə teatr rejissoru ixtisasının bakalavr pilləsini, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Eyni  ildə  Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. Bir çox dövlət səviyyəli tədbirlərin aparıcısı olub.

Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. Bu teatrda oynadığı rollar:

  • Bayram (“Dönüş”, Cəfər Cabbarlı),
  • Killer (“Oğul”, A. Babayev),
  • Qara div (“Məlikməmməd” nağılı),
  • Kəndli (“Ölülər”, Cəlil Məmmədquluzadə),
  • Həkim (“Domoklun qılıncı”, Nazim Hikmət),
  • Qapıçı (“Xəyanətin müsibəti”, İ. Kərimov),
  • Sərkərdə (“Dəli Domrul”, Altay Məmmədov),
  • Xanəli (“Türk sancağı”, A. Qurbani) və s.

Elnar Qarayev 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. O, bu teatrın səhnəsində aşağıdakı rolları ifa edib.

  • Kəndli, Məhbus (“Dirilən adam”, Mir Cəlal),
  • Aşıq (“Ölüləri qəbristanlıqda basdırın”, İsmayıl Şıxlı),
  • Tələbə (“Mesenat”, Əli Əmirli),
  • Sehrbaz pişik (“Tıq-tıq xanım”, Abdulla Şaiq),
  • Katib (“İkinci səs”, Bəxtiyar Vahabzadə ),
  • Sakit (“Bizim qışın sərgüzəşti”, X. Həsənova ),
  • Cəlil (“İmzanın hökmü”, T. Kazımov),
  • 1-ci ozan (“Gəl Novruzum”, S. Cavadlı),
  • Culian Qoşer (Dövlət naziri)(“Kvazimodo”, Viktor Hüqo),
  • Mühafizəçi (“Varlı qadın”, Əli Əmirli),
  • Jurnalist (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev),
  • Xidmətçi (“Bu dünyanın adamları”, Hidayət),
  • Bədəl (“Boy çiçəyi”, İlyas Əfəndiyev)
  • Rəşid (“Qürbətdən gələn məktublar” H. Həsənov)
  • Məsud (“Şeyda”, H. Cavid)
  • Dominiko (“Körpüdən mənzərə”, Artur Miller)
  • Qasid (“Qarabağnamə”, İ. Əfəndiyev)
  • Füzuli (“Füzuli və Əsmər”, M.M. Seyidzadə)
  • Şiraslan (“Tülkü tülkü tünbəki”, X. Həsənova)
  • Yığıcı, Mirzə, Gizir (“Kuraj və uşaqları”, B. Brext)
  • II kishi (“Yaşlı xanımın gəlişi”, F. Dürremant)
  • Dilənçi (“Qatarın altına atılan qadın”, A. Məsud)
  • Qədir bəy (“Lənkəran xanının vəziri”, M.F.Axundov)
  • Padşah, çoban (“Danışan gəlincik”, A. Şaiq)
  • Əlibaba (“Əlibaba və qırx quldur”)
  • Partniyakin (“Gəncə qapıları”, H. Mirələmov)
  • Vəli xan (“Şah Qacar”, Ə.Əmirli)
  • Kinto (“Xanuma”, A. Saqareli)
  • Məxfi məsləhətçi (“Kölgə”, İ. Şvars)
  • Oruc (“Qaraca qız”, A. Şaiq)
  • Qənbər (“Anamın kitabı”, C. Məmmədquluzadə)
  • Ruh (“Teleskop”, Elçin)
  • Viktor (“Keçmişdən zəng”, A. Krım )
  • Xansu (“Mənim günahım”, İlyas Əfəndiyev)

 

Filmoqrafiya

  1. Yanmış körpülər – Ərəb mühafizəçi (seial, 2003)
  2. Vəsiyyət ilə evlilik – Mühafizə xidmətinin rəisi (rus serialı, 2006)
  3. Biz qayıdacağıq (film, 2007)
  4. Tacirlər – Deputat (İran serialı, 2009)
  5. Etiraf – Cəfər Cabbarlı (b/s film, 2004)
  6. Qu rəqsi – Tapdıq (film, 2007)
  7. Sarı Gəlin – Ağaəli (film, 2006)
  8. Ünvansız eşq – Əziz (serial, 2011)
  9. Aktrisa – əməliyyatçı(tammetrajlı bədii film, 2011)
  10. Mürafiə vəkillərinin hekayəti – Fərraş (film, 2011)
  11. Həyat varsa – Elxan (serial, 2012)
  12. Muradına çatan Günəş – Orxan (serial, 2012)
  13. Üç görüş – Sərvər (film, 2012)
  14. Şəhid Şəhər – Yaralı əsgər (film, 2012)
  15. Xoca – Arzu (film, 2012)
  16. Dərvişin qeydləri – Aspirant (film, 2013)
  17. Yollara uzanan gün – Kürəkən (film, 2014)
  18. İzi itməyən cinayətlər – Seymur (serial, 2015)
  19. Bir ailəm var – Vasif (serial, 2015)