Mustafayev Vüsal

Vüsal Sədaqət oğlu Mustafayev Mustafayev_Vüsal

Həyatı

Mustafayev Vüsal Sədaqət oğlu 1983-cü il noyabr ayının 16-da Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Həzi Aslanov adına 22 nömrəli məktəbin 11-ci sinfini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsinə qəbul olub və 2005-ci ildə həmin universiteti bitirib.

2006-cı ildə Azərpaşa Nemətovun dəvəti ilə Azərbaycan Teatr Xadimlər İttifaqında hazırlanmış bir neçə tamaşalarda rol alıb. 2008- 2011-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 2011-ci ilin yanvar ayından Azərbaycan Akademik Milli Dram Teatrında aktyor işləyir.

2011-ci il fevral ayının 2-də Azərbaycan Respubıikası Mədəniyyət və Truzim Nazirliyinin qərarı ilə “ilin gənc aktyoru” adına layiq görülüb.

Teatr səhnəsindəki rolları

Teatr Xadimlər İttifaqı
  • Məhəmməd Heydər (“Əli və Nino”, Q.Səid),
  • Fabian, Gəmi Kapitanı (“On ikinci gecə”, V.Sekspir),
  • Çapar,Qasid (“Afinalı Timon”, V.Sekspir).
Sumqayıt Dövlət Musiqili Dram Teatrı 
  • Fərzəli bəy (“Nəsrəddin”, Y.Əzimzadə),
  • Toso (“Fando və Lis”, F.Arrabal),
  • Kiçik oğul (“Ölüm hökmü”, Ə.Səmədli),
  • Gülbala (“Şərxanın şər oyunu”, F.Məhərrəmli),
  • Tək göz (“Sehirli yaylıq”, K.Həsənov),
  • Vüqar (“Tələ”, Ə.M.Lələdağ),
  • Baca təmizliyən (“Şahzadə və bacatəmizliyən”, V.Juxovitski)
Akademik Milli Dram Teatrı
  • Hacı Salah (“Sərgüzəşti-vəziri-xani- Lənkəran”, M.F.Axundov ),
  • Ruh (“Teleskop” Elçin ),
  • Fəhlə (“Qatarın altına atılan qadın ”, A.Məsud ),
  • Cəllad (“Qadın məhəbbəti”, V.Hüqo),
  • İspan Qrandı (“Kabuslar”, E.Filippo),
  • Kinto (“Xanuma ”A.Saqarelli ),
  • Qohum (“Don Juan və Həndəsə” M.Friş ),
  • Rəssam (“Yaşlı Xanımın gəlişi”, F.Dürenmatt ),
  • İsveçrəli (“Kuraj və uşaqları”, B.Brext ),
  • Teymur bəy (“Anamın kitabı”, C.Məmmədquluzadə),
  • Fabian,Gəmi kapitanı (“On ikinci gecə”, V.Sekspir),
  • Tələbə (“Mesenat”, Ə.Əmirli),
  • Ayı (“Tülkü Tülkü Tünbəki”, X.Həsənova),
  • Carçı (“Sənətkarın Taleyi”, Elçin).
  • Qorçubaşı, I Qorçu (“Şah və Şair, yaxud hamı səni sevənlər burdadı”, K.Abdulla)
  • Raşa(“Nazirin xanımı”,B.Nuşiç)
  • Həkim(“Kölgə”, Y.Şvars)
  • Qasım (Biri vardı, biri yox..)
  • Dedektiv (Zorən şorgöz)
  • Keşikçi (Herostratı unudun!)
  • Vəli xan (Şah Qacar)
  • Qadam (Nadir Şah)
  • Maşın satıcısı (Müsyö İbrahim və Quran çiçəyi)
  • Filosof (Laləli düzən)
  • Keçəl (Keçəlin Nağılı, Novruz şənliyi)

Filmoqrafiya

  1. Qayınana (film, 2011)-Cəmil
  2. Dolu (film, 2012)-döyüşçü
  3. Həyat, sən nə qəribəsən (teleserial, 2013)