Kərimduxt Rövşən

Kərimduxt Rövşən Ramazan oğluKərimduxt_Rövşən

Həyatı

Kərimduxt Rövşən Ramazan oğlu 24 oktyabr 1969-cu ildə doğulmuşdur.

1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən dəAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunmuşdur. O, teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

Hüseynqulu xan (“Hökmdar və qızı” İlyas Əfəndiyev), Roma əsgəri (“Pompeyin Qafqaza yürüşü” N.Həsənzadə), Oğlan (“Şıltaq Şahzadənin nağılı” nağıl-tamaşa), Gennadi (“Şadlıq sorağında” V.Rozov), Hoqqabaz (“Mənim sevimli dəlim” Elçin), Cangüdən (“Sokratı anma gecəsi” Çingiz Aytmatov), Şəhər əhli (“Ah, Pari Paris!” Elçin), Çarçı (“Özümüzü kəsən qılınc”Bəxtiyar Vahabzadə), Cangüdənlərin rəisi (“Mənim ərim dəlidir” Elçin), 3-cü kafir (“Burla Xatun” Nəbi Xəzri), Rza bəy (“Lənkəran xanının vəziri” Mirzə Fətəli Axundov), Dimitri (“Ulduz, yaxud Ədirnə Fəthi” Cəfər Cabbarlı), Skripkaçı (“Poçt şöbəsində xəyal” Elçin), Yaqitay (“Dar ağacı” B. Vahabzadə), Aram (“Hələ ‘Sevirəm’ deməmişdilər” Ramiz Novruz), Qildenstern (“Hamlet” [[Vilyam Şekspir[[), Təlimçi (“Kəllə” Nazim Hikmət), Silvestr (“Skapenin kələkləri” J.Molyer), Əlvan (“Varlı qadın” Əli Əmirli), Qorxmaz (“Afət” Hüseyn Cavid), Şahmar (“Xurşidbanu Natəvan”İlyas Əfəndiyev), Oğlan (“Qatil” Elçin), Kərəm (“Dəlilər və ağıllılar” İ.Əfəndiyev), Polis nəfəri (“Mənim sevimli dəlim” Elçin), Cavanşir (“Ölüləri qəbristanlıqda basdırın”İsmayıl Şıxlı), Demetri (“Misir gecələri” səhnə redaksiyasının müəllifi Mərahim Fərzəlibəyov), Aqbuğa (“Əmir Teymur”, Hüseyn Cavid), qonşu (“Generalın son əmri”, Vaqif Səmədoğlu).

Aktyor “Nə gözəldir bu dünya” (qardaş) bədii filminə çəkilib.

Filmoqrafiya

  1. 100000 AZN (film, 2009)(tammetrajlı bədii film)(İTV)
  2. Aydın
  3. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
  4. Bəylik dərsi (film, 2007)
  5. Bir anın həqiqəti (film, 2003)
  6. Biz qayıdacağıq (film, 2007)
  7. Bizim qəribə taleyimiz (film, 2005)
  8. Bomba (film, 2005)
  9. Canavar balası (film, 1997)
  10. Cavad xan (film, 2009)
  11. Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 1-ci veriliş (film, 2007)
  12. Cavid ömrü (film, 2007)
  13. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  14. Kişiləri qoruyun (film, 2006)
  15. Mən sənin dayınam (film, 2001)
  16. “Moskva-Bakı” qatarı (film, 2005)
  17. Nə gözəldir bu dünya… (film, 1999)
  18. Qırmızı qar (film, 1998)
  19. Ölüm növbəsi (film, 2009)
  20. Son arzu (film, 2003)
  21. Sovqat (film, 2009)
  22. Tam məxfi (film, 2004)
  23. Tərsinə çevrilən dünya (2011)
  24. Toy gecəsi (serial, 2013)
  25. Vəkil hanı? (film, 2011)
  26. Yanmış körpülər (film, 2003)
  27. Yoxlama (film, 2006)
  28. Yurd yeri (film, 1997)