İsmayılova Şəhla

İsmayılova Şəhla

Şəhla Əliqızı

 Həyatı

Şəhla Əli qızı İsmayılova 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.

Teatrın səhnəsində aşağıdakı rolları oynamışdır:

Panopa (“Fedra” J.Rosin), Alagöz (“Afət” H.Cavid), Qaravaş (“Dar ağacı” B.Vahabzadə), Tələbə (“Brüsseldən məktublar” H.Həsənov), 3-cü cangüdən (“Varlı qadın” Ə.Əmirli), Ana torpaq (“Eloğlu” A.Şaiq), Səbinə (“Rəqabət” B.Vahabzadə), Kənd qızı (“Ölüləri qəbristanlıqda basdırın” İ.Şıxlı), Məlahət (“İkinci səs” B.Vahabzadə), Qumru (“Dirilən adam” Mir Cəlal), Gülbahar (“Anamın kitabı”, C. Məmmədquluzadə), Almas (“Əmir Teymur”, Hüseyn Cavid).

Şəhla İsmayılova bir çox Dövlət səviyyəli tədbirlərin aparıcısı olmuşdur.

Filmoqrafiya

  1. İz (film, 2002)
  2. Cavid ömrü (film, 2007)
  3. Böhtan (film, 2008)
  4. Susmuş vicdan(serial)-Emma
  5. Bir ovuc torpaq (2013)