Heybətov Anar

Heybətov Anar Mithət oğlu

HəyatıHeybətov_Anar

Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib.

19951999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu “Mənim Ərim Dəlidir” tamaşasındakı cangüdən rolu olub.

Teatrdakı rolları

  1. Mənim ərim dəlidir–Cangüdən
  2. “Lənkəran xanının vəziri” – Əziz ağa
  3. Rəqabət–Qaçay
  4. Hərənin öz payı–Meyxanaçı Ələkbər
  5. Hələ “Sevirəm” deməmişdilər–Qumarbaz
  6. Varlı qadın–Qara
  7. Hamlet–Laert
  8. Kaş araba aşmayaydı–Buxuti
  9. Mesenat–Zeynal bəy Səlimxanov
  10. Xurşidbanu Natəvan–Daşdəmir
  11. İmzanın hökmü (Muradın Kələkləri) – Murad
  12. Körpüdən mənzərə – Rudolfo
  13. “Müsyo Jordan və dərviş Məstəli şah” – Şahbaz bəy
  14. “Oğru cənnətdə” – Vinçenso De Pretore
  15. “Qarabağnamə” – Hüseynqulu xan
  16. “On ikinci gecə” – Sebestyan
  17. “Anamın kitabı” – Aslan bəy
  18. “Şekspir” – Drob 13
  19. “Şah Qacar” – Cəfərqulu xan
  20. “Əmir Teymur” – Orxan

Filmoqrafiya

  1. Ünvansız qız (film, 1999)
  2. Bəyaz Həyat-Murad
  3. Olacağa Çarə Yoxdur–Bəhlul
  4. Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)- rol: Anar
  5. Sonuncu şahid (film, 2004)–Mikayıl
  6. Kişiləri qoruyun (film, 2006)–Orxan
  7. Cavid ömrü (film, 2007)
  8. Ayrılıq imiş (film, 2008)
  9. Qaydasız döyüş (film, 2009)
  10. Dronqo (serial, 2002) (Rusiya serialı)–Ramazan
  11. Qeyri-adi müştəri–oğlan
  12. Qara pişik–musiqiçi
  13. Yaddaş (film, 2010)
  14. Dolu (film, 2012)
  15. Pərvanələrin rəqsi (serial, 2012)
  16. Tufanlı səma (serial, 2015)
  17. Səni ürəyim sevdi (serial)