Babayeva Əminə

Babayeva Əminə

Babayeva Əminə Ağahüseyn qızı

Həyatı

Əminə Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. O, yaradıcılığa 1969-cu ildə Azərbaycan Dövlət Akademik Teatrından başlayıb. Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Teatrda ilk rolu X.Vahidin “Bağ qonşuları” tamaşasında Rəmziyyə obrazı olub. 1990-cı ildə Milli Teatrdan getdikdən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram teatrında işləməyə başlamışdır.

Aktrisa “Əlvida” adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir.

2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T.Kazımovun “İmzanının hökmü” tamaşasında Nazlı xanım obrazını yaratmışdır və o gündən bu günə kimi bir çox rollar ifa edir.

1976-cı ildə qadın rollarının ifasına görə Mədəniyyət Nazirliyi tərəfindən ilin ən yaxşı aktrisası elan edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.Ə. Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən Poezya axşamı,Komediyalar axşamı,Hekayələr axşamı adlı verlişlərdə mütamati olaraq çıxış ediridi

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

1970-1990-cı illər

  • Rəmziyyə(“Bağ qonşuları”X.Vahidin )
  • Naz-Naz (“Yol ayrıcında”, İslam Səfərli)
  • Vəfa, Vəfanın qızı (“Xəyyam” Hüseyn Cavid)
  • Fitnə (“Fitnə”, Abdulla Şaiq)
  • Rassa (“Nazirin xanımı”, Branislav Nuşiç) (birinci quruluş, 1970-ci il)
  • Qətibə (“Qılınc və qələm”, Məmməd Səid Ordubadi)
  • Polya (“Meşanlar”, Maksim Qorki)
  • Mələk (“İblis”, Hüseyn Cavid)
  • Xuraman (“Vaqif”, Səməd Vurğun)
  • Kamilla (“Don Juan”, Jan Batist Molyer)
  • Mədinə (“Zaur və Təhminə”, Anar)
  • Səadət (“Əliqulu evlənir”, SabtRəhman)
  • Ceyran xanım (“Nişanlı qız”, Sabit Rəhman)
  • Leyla, Göyərçin (“Kəndçi qız”, Mirzə İbrahimov)
  • Ediliya (“Sevil”, Cəfər Cabbarlı)
  • İzida (“Darıxma, ana”, Nodar Dumbadze)
  • At Balaxanım (“Adamın adamı”, Anar)
  • Hekata (“Maqbet”, Uilyam Şekspir)
  • Çiçək (“Bağlardan gələn səs” İlyas Əfəndiyev)
  • Ərəb bacı (“Qanlı Nigar” Sadık Şəndili)
  • Ziba xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə)
  • Nazlı (“Qarabağ əfsanələri” Qeybulla Rəsulov)
  • Gözəl (“Məhəbbət yaşdadır” Nahid Hacızadə)
  • Balaca qız (“Nakam qız” Aleksandr Şirvanzadə)
  • Sofi (“Məkr və məhəbbət” Fridrix Şiller)
  • Faişə (“Üç qurluşlu opera” Bertolt Brext)
  • Ana (“Gecə döyülən qapılar”Nəbi Xəzri)

1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb. 16 il doğma teatrından uzaqlaşdırmasından sonra 2006-cı ilə teatra yenidən qayıdıb və o gündən teatrda fasiləsiz çalışır.

  • Nazlı xanım (“İmzanının hökmü” Tofiq Kazımov)
  • Semeçka satan(“Qatarın Altına Atılan Qadın” Afaq Məsud)
  • Gülpəri (“Qaraca qız”, Abdulla Şaiq)
  • “Tələ” (Aqata Kristi)
  • Kor qadın (“Şeyda” Hüseyn Cavid)
  • Haykanuş (“Qarabağnamə”, İlyas Əfəndiyev)
  • Səltənət (“Oliqarx”, Əfqan)
  • Sava xala (“Nazirin xanımı”, Branislav Nuşiç) (ikinci quruluş, 2014-cü il)
  • Bibi (“Nadir Şah”, Yunus Oğuz)

İrəvan Dövlət Azərbaycan Dram Teatrı

  • Mələk (“Əsgər anası” Ağarəhim Rəhimov)
  • Nənə (“Elə bil qorxa-qorxa” Kamal Abdulla)
  • Leyla (“Yalan” Sabit Rəhman)
  • “Məhəbbət yaşayır hələ” (Hidayət)

Filmoqrafiya

  1. Kişilər (film, 1984) – Fərruxbəyim
  2. Göz həkimi (film, 1985) – Lyuba
  3. Qeybdən gələn səs (film, 2002) – Səfiyyə
  4. Mötəbər insanlarımız (film, 2003) – iştirakçı
  5. Sonuncu şahid (film, 2004) – Selcanın nənəsi
  6. Sarıköynəklə Valehin Nağılı (film) – Simuzər
  7. Mənziliniz mübarək (film, 1983) – Şumara
  8. Bir az da Bahar bayramı (film, 1979) – ana
  9. Əlvida (film, 2007) – ana
  10. Gürzə (film, 2008) – ginikoloq
  11. Bir ailəm var (teleserial, 2014)