Bəxtiyarov Rəşad

Həyatı

Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstəriba.

Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Şəmsi bəy ( “Eşq və intiqam” S.S.Axundov ), Müxbir ( “Kəllə” N.Hikmət ), Qəzet satan ( “Hərənin öz payı” X.Qoca ), Kinto,Qarson və Rəssam ( “Brüsseldən məktublar” H.Həsənov ), Silvestr ( “Skapenin kələkləri”J.Molyer ), Bədxəbər ( “Varlı qadın ” Ə.Əmirli ), Orxan ( “Afət” H.Cavid ), Ərəb zabiti ( “Dar ağacı” B.Vahabzadə ), Milis ( “Ölüləri qəbristanlıqda basdırın” İ. Şıxlı ), Baloğlan ( “Eloğlu” A.Şaiq ), 1-ci gənc (“Mesenat” Ə.Əmirli ), Abdi (“Qanlı Nigar” S.Şəndil), Andrey (“Keçmişdən gələn zəng”, A.Krım), şeypurçu əsgər (“Generalın son əmri”, Vaqif Səmədoğlu).

Rəşad Bəxtiyarov “Həqiqət işığında”(Mirzəyev) və “Bəyaz həyat” (Sonanın oğlu) telefilmlərində çəkilib.

Filmoqrafiya

  1. Bəyaz həyat (film, 2003)
  2. Bir anın həqiqəti (film, 2003)
  3. Son arzu (film, 2003)
  4. Məşədi İbad-94 (film, 2005)
  5. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  6. Bir ailəm var (teleserial, 2013)