Babayeva Firuzə

Firuzə Babayeva 1980-cı il 23 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1997-ci ildə orta məktəbi bitirmiş və elə həmin il Bakı Mədəni-Maarif texnikumuna daxil olmuşdur. 2000-ci ildə Kulturologiya və bədii yaradıcılıq fakültəsini bitirmişdir. 2004-cü ildə Az.Dövlət Gənc Tamaşaçılar teatrında aktrisa kimi işləməyə başlamışdır. 2008 ildə teatrdan ayrılaraq Azərbaycanfilm kinostudiyasında filmlərdə rejissor assistenti kimi işləməyə başlamışdır. İlk filmləri -“Tanrıverdinin nağılı”(rej:Ş.Qurbanəliyev). “Ölüm novbəsi”(rej:F.Əliyev)-2008 rəssam assistenti. “Niyyət”(rej:S.Kərimoğlu-2009. “Kabusun gözü ilə”(rej:R.İbrahimbəyov-2009.) “Mən evə qayıdıram”(rej:S.Kərimoğlu-2010)və s. 2009-2010-cu illərdə “İbrus”özəl teatrında rejissor assistenti vəzifəsində işləmişdir. 2010-2015ci illərdə Az.Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Teatr rejisoru” fakültəsi ixtisasına yiyələnmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlamışdır.

Çəkildiyim filmlər:

  • “Ana qaz”Az.tv (qıssametrajlı film)
  • “Açar”İtv (qıssametrajlı film)
  • “Niyyət”bədii film (epizod)
  • “İki”qıssametrajlı film (bacı)
  • “Kabusun gözü ilə”bədii film (aptekdə satıcı)
  • “Çaqqal nəfəsi”serial (məhbus qadın)
  • “Qisas”serial (qonşu)
  • “Bir ovuc torpaq”serial (qaçqın qadın)
  • “Ləkə”serial (baxça müdirəsi)
  • “Həyat varsa”silsilə serial .
  • “3 bacı”serial (qonşu)
  • “Azamızda qalsın”
  • “Qaynana” qonaq aktrisa.(ana və falçı rollarında)
  • “Həyat sən nə qəribəsən”serial (Qumru).

 

Gənc tamaşaçılarda teatrında oynadığı rollar:

  • “Mustafa”tamaşasında (Mustafanın dostu.)
  • “Cənnətin üç alması”-(uzunqulaq.)
  • “Ələddinin sehirli çırağı”-(kəniz)
  • “Çimnaz xanım yuxudadır”-(Nabat)
  • “Çəkməli pişik”-(pişik)
  • “Güc birlikdədir”-(şeytan)
  • “Tıq-Tıq xanım-(2 nağılçı)
  • “Pəri cadu”-(qara əcinə)
  • “3 qulağın nağılı”-(yalıncıq)
  • “Zorro”-(Emiliya və döyüşçü oğlan)