Aprel döyüşləri dövlətimizin gücünü göstərdi

“Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib”.   Bunu Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq Artisti Azər Paşa Nemətov deyib.   Onun sözlərinə görə, ordumuz vətəndaşların təhlükəsizliyini və öz…

Read More

“Almaz”ın təntənəli premyerası

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının təntənəli premyerası keçirilib.  Premyerada böyük ədibin yadigarı – qızı Gülarə Cabbarlı və ailə üzvləri də iştirak edib.  Böyük uğurla, anşlaqla baş tutan iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.…

Read More

Unudulmaz Yaşar Nurinin 65 illik yubiley gecəsi

Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin (1951-2012) 65 illik yubileyi münasibətilə xatirə tədbiri keçirildi.   Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşən gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhum sənətkarın sənət dostları və yaxınları iştirak edirdi.  …

Read More

Bakıda IV Beynəlxalq Teatr Konfransı öz işinə başladı

Noyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Dövlət Musiqili Teatrında “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı. Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş…

Read More

IV Bakı Beynəlxalq Teatr Konfransında 40 ölkədən 130-dək teatr xadimi iştirak edəcək

7-8 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransına hazırlıq davam edir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq iki ildən bir təşkil olunan beynəlxalq teatr forumuna bu dəfə də müxtəlif ölkələrin teatr xadimləri, sənətşünas və mütəxəssisləri tərəfindən böyük maraq var. Təşkilat komitəsindən verilən…

Read More

Səməd Vurğun – 110

Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın…

Read More

Mədəniyyət və incəsənət xadimləri İlyas Əfəndiyevin məzarını ziyarət edib

Respublikamızın tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri oktyabrın 3-də Fəxri xiyabana gələrək, görkəmli sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq Yazıçısı İlyas Əfəndiyevin xatirəsini ehtiramla anıb, məzarı üstünə əklil və təzə-tər güllər qoyublar. Anım mərasimində ölümündən 20 il ötən qüdrətli söz ustası İlyas Əfəndiyevin öz zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr…

Read More

IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək. Sentyabrın 6-da Azərbaycan Musiqili Teatrında beynəlxalq konfransa hazırlıqla bağlı toplantı keçirildi. Tədbirdə nazirliyin aidiyyəti şöbə və sektorlarının rəhbər və əməkdaşları, Bakıda fəaliyyət göstərən teatrların direktorları iştirak edirdi. Tədbirdə çıxış…

Read More

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərimizə dəstək aksiyası keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərimizə dəstək aksiyası keçirilib. Tədbirdə aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azər Paşa Nemət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son dövrlər…

Read More

Əliabbas Qədirov – 70

Akademik Milli Dram Teatrında xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, aktyorun ailə üzvləri, teatr xadimləri iştirak edib. Tədbirin rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir. Ə. Qədirov…

Read More