“Manqurt” tamaşasının premyerası keçiriləcək

İyunun 13-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbər Anar Babalı, səhnələşdirmə və rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edirlər.

Bir cavab yazın