Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə silsilə tamaşalar nümayiş olunur 

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə Akademik Milli Dram Teatrında silsilə tamaşalar nümayiş olunur. Teatrın repertuarında olan və tamaşaçılar tərəfindən böyük maraqla izlənilən “Şah Qacar”, “Anamın kitabı”, “Qətibə İnanc”, “Qəribə, çox qəribə əhvalat”, “Qürbətdən gələn məktublar”, “Cəhənnəm sakinlər” tamaşaları teatrsevərlərin ixtiyarına verilib.

Mayın 9-da Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan “Anamın kitabı” səhnə əsəri oynanılıb və böyük maraqla qarşılanıb.

Növbəti günlərdə müvafiq olaraq “Qətibə İnanc” (10 may, saat 16:00), “Qəribə, çox qəribə əhvalat” (10 may, saat 19:00), “Şah Qacar” (11 may, 16:00), “Qürbətdən gələn məktublar” (12 may, saat 11:00) tamaşaları nümayiş olunacaq.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi müasibəti ilə ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilir.

Bir cavab yazın