Əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva dünyasını dəyişib


Akademik Milli Dram Teatrında uzun illər rejissor assistenti vəzifəsində çalışan əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva dünyasını dəyişib.

Musayeva Rəfiqə Hüseyn qızı 1937-ci ildə Bakıda anadan olub. 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1958-ci ildən teatrda rejissor assistenti vəzifəsində çalışıb.

Şekspirin “Otello”, “Hamlet”, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”, Hüseyn Cavidin “İblis”, “Afət”, “Xəyyam”, Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, Cəfər Cabbarlının “Aydın”, “Hidayətin “Bu dünyanın adamları”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc”, “Dar ağacı”, “İkinci səs”, Elçinin “Poçt şöbəsində xəyal”, “Qatil”, M. Fərzəlibəyovun (Səhnə redaksiyasının müəllifi) “Misir gecələri”, Əli Əmirlinin “Mesenat”, Jan Koktonun “İnsan səsi” tamaşalarında rejissor assistenti olub.

Teatrın rəhbərliyi və kollektivi adından teatr ictimaiyyətinə və Rəfiqə Musayevanın doğmalarına başsağlığı verir, ona Allahdan rəhmət diləyirik.

Şərh yaz