Akademik Milli Dram Teatrında 8 mart beynəlxalq qadınlar günü qeyd olunub

Akademik Milli Dram Teatrında 8 mart beynəlxalq qadınlar günü qeyd olunub. Teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov teatrın qadın əməkdaşlarını bayram münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzu edib. Teatrın rəhbəri bildirib ki, mədəniyyət ocağının fəaliyyətində qadınların rolu böyükdür.  Azərbaycan qadınlarının zəhmətkeş və təəssübkeş olduğunu deyən Azər Paşa Nemətov cəmiyyətdə bundan sonra da qadınlarının rolunun yüksək olacağına inamını ifadə edib.

Daha sonra çıxış edən teatrın direktor müavini Hacıbaba Məmmədov  xanımlara xoş arzularını ifadə edib.

Şərh yaz