Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi 20 yanvar faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib. Yaradıcı heyət, truppa üzvləri və teatr rəhbərliyi 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 27 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

 

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Leave a Comment