Yeni ilin ilk ayı Milli Dram Teatrı maraqlı tamaşalarla çıxış edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti Yeni ilin ilk ayında teatrsevərlər üçün maraqlı repertuar hazırlayıb.

Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a məlumat verərək deyib: “Yanvarın 6-da teatrın səhnəsində “Rəqs edən pinqvinlər” tamaşası izləniləcək. Yanvarın 13-də sənət ocağının yaradıcı kollektivi iki tamaşa – “Qətibə İnanc” və “Rəqs edən pinqvinlər” tamaşaları ilə izləyicilərin görüşünə gələcək. Eyni zamanda, teatrın səhnəsində yanvarın 14-də “Anamın kitabı” və “Ölülər”, yanvarın 19-da “Cəhənnəm sakinləri”, yanvarın 20-də isə “Qarabağnamə” tamaşaları təqdim olunacaq. Sənət ocağı bu ayın repertuarına yanvarın 21-də “Xəcalət” və “Vəsiyyət” tamaşaları ilə yekun vuracaq”.

Bir cavab yazın