“Anamın kitabı”na böyük maraq

Noyabrın 11-də Akademik Milli Dram Teatrında “Anamın kitabı” tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada rolları xalq artisti Səidə Quliyeva, əməkdar artist İradə Həsənova (Zəhra bəyim), əməkdar artistlər Elşən Rüstəmov, (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Aslan Şirin (Səməd Vahid), Sevinc Əliyeva və aktrisa Dilarə Nəzərova (Zivər xanım), Mirzə Ağabəyli (Mirzə Zeynal), Şəlalə Şahvələdqızı (Gülbahar), aktrisa Şəhla Əliqızı, Anar Heybətov (Aslan bəy), aktyorlar Ramin Şıxəliyev (Hüseyn Şahid), Elnar Qarayev və Elçin Əfəndi (Qənbər), Rüstəm Rüstəmov (Mirzə Baxşəli), Rövşən Kərimduxt və Mətləb Abdullayev (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor), Cümşüd Zeynalov və Əlləz Əhmədov (polislər)  ifa edirlər.

Tamaşanı Dilbər İsmayılova idarə edib.

Səhnə əsərinin əsas ideyası vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. “Anamın kitabı” tamaşası yüksək ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi əhəmiyyət daşıyır.

İlk tamaşa 8 dekabr 2012-ci ildə oynanılıb.

Şərh yaz