“Zorən şorgöz” nümayiş olunub

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub. İngilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada rolları əməkdar artistlər Nicat Kazımov (Riçard Uilli), Aslan Şirin (Corc Piqden), Mehriban Xanlarova (Ceyn Uorzinqton), Kazım Abdullayev (Müdir), aktyorlar Rəşad Bəxtiyarov (Ofisiant), Mətləb Abdullayev və Rövşən Kərimduxt (Ronni), əməkdar artist Şəlalə Şahvələdqızı (Pamela), aktyorlar Şəhla Əliqızı (Qledis), Vüsal Mustafayev (Detektiv), Dilarə Nəzərova (Mariya) ifa edirlər.

Tamaşanı Dilbər İsmayılova idarə edir. Səhnə əsərinin ilk nümayişi 8 iyun 2013-cü ildə baş tutub.

Tamaşa alqışlarla qarşılanıb.

Şərh yaz