“Qürbətdən gələn məktublar” səhnədə

Sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsəri əsasında səhnələşdirilmiş eyniadlı ikihissəli dram-tamaşa nümayiş olunacaq.

Səhnə əsəri xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanıb. Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Elşən Cəbrayılov, Kazım Abdullayev, Vəfa Rzayeva, Əjdər Həmidov,  aktyor Elçin Əfəndi ifa edir. Səhnə əsərində Mirzə Fətəli Axundzadənin obrazını Xalq Artisti Ramiz Məlik canlandırıb.

Bu günümüzlə səsləşən tamaşa M.F.Axundzadənin oğlu Rəşidin həyatından, onun ailəsi və cəmiyyəti qarşısında olan vəzifələrindən bəhs edir.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrın səhnəsində 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə Xalq Artisti Əliabbas Qədirov, sonra isə İlham Əsgərov canlandırıb.

Şərh yaz