Akademik Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək

Avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək.

Festivalda rejissor Anar Sadıqovun Əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq.

Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək.

Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.

Şərh yaz