Akademik Milli Dram Teatrında xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi” səhnə əsəri təqdim olunub

Boy-ciceyi2Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru xalq artisti Azər Paşa Nemətovdur.

Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Şərh yaz