Akademik Milli Dram Teatrının kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 95 il ötür. Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkəsində tədbirlər keçirilir.

Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Teatrın rəhbərliyində təmsil olunan şəxslər, yaradıcı heyət və truppa üzvləri Ümummilli liderin məzarı üzərinə gül dəstələri qoyub, onun xatirəsini hörmət və ehtiram hissi ilə yad ediblər.

Dövlətçilik və siyasi fəaliyyətinin bütün dövrlərində xalqı üçün misilsiz xidmətlər göstərmiş, müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilir. Burada yaşanan izdiham xalqın ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin daha bir parlaq təzahürüdür.

Şərh yaz