Teatr Xadimləri İttifaqında “Zaman və Teatr” adlı elmi-praktik konfrans keçirilib

1 esasMartın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Zaman və Teatr” adlı elmi-praktik konfrans keçirilib.

Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Respublikanın tanınmış mədəniyyət və teatr xadimlərinin iştirakı ilə gerçəkləşən konfrans Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azər Paşa Nemətov çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salan A.Nemət deyib ki, bu illər ərzində Azərbaycan Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnərək vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb.

Bildirilib ki, hazırda ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən 2 esesaktyorlar məktəbi mövcuddur.

Azərbaycan teatrına və mədəniyyətinə göstərilən dövlət qayğısından söz açan natiq bildirib ki, son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Bütün bunlar teatr xadimlərinə göstərilən diqqətin bariz nümunəsidir.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Milli Peşəkar Teatrının qısa zaman kəsiyində keçdiyi professional inkişaf yolundan danışıb.

Ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizə və incəsənətimizə böyük diqqət ayırdığını söyləyən nazir müavini bu sahədə müvafiq siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Diqqətə çatdırılıb ki, dövlət başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə müvafiq sərəncamlar imzalayıb. Belə ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Şərh yaz