Xalq artisti Rafiq Əzimovun doğum günüdür

Fevralın 6-da Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafiq

Əzimov Rafıq

Əzimovun doğum günüdür. Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi adından Rafiq Əzimovu ömrünün əlamətdar günü münasibəti ilə təbrik edir, ona həmişə yüksəklikdə olmağı, xoşbəxtliklə dolu günlər keçirməyi arzu edirik. 

Rafiq Əşrəf oğlu Əzimov 6 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub.

Rafiq Əşrəf oğlu Əzimov 10 sentyabr 1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, qırx ildən çoxdur ki, fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Akademik Milli Dram Teatrının səhnəsində Kalendario («Dəlilər», Lope de Veqa), Mirzə Hüseyn, Zəki, Qasım («Toy», «Yalan», «Nişanlı qız», S. Rəhman), Filon, Boraçio, Həkim, Rozenkarans, Hersoq Albani («Antoni və Kleopatra», «Heç nədən hay-küy», «Maqbet», «Hamlet», «Kral Lir», V.Şekspir), Əhməd («Köç», C.F.Başqut), Anton, Kiçik zabit («Şeyx Sənan», «İblis», H.Cavid), Arşaq, Vəzir və Vidadi («Vaqif», S.Vurğun), Sərkis («Hacı Qara», M.F.Axundzadə), Paj («Orlean qızı», F.Şiller), Dursun, Mirzə Cavad, Şeyx («Oqtay Eloğlu», «Aydın», «Ulduz, yaxud Ədirnə fəthi», C.Cabbarlı), Xristo («Falçı», S.Kostof), Caynaq («Ana torpağı», Ç.Aytmatov), Rəhman («Mahnı dağlarda qaldı»), Anaşkin («Sevgililərin cəhənnəmdə vüsalı»), Əhmədcan («Qəribə oğlan»), Rəhmanzadə («Bizim qəribə taleyimiz»), Behbud bəy («Tənha iydə ağacı», İ.Əfəndiyev), Frans Fok ( «Xırs quldurbasan», M.F.Axundzadə), Sərhəd pozan («Darıxma, ana!», N.Dumbadze), Həmzad Qurban, Rüstəm bəy («Dəli yığıncağı», «Anamın kitabı», C.Məmmədquluzadə), Müsyö Jordan («Müsyö Jordan və dərviş Məstəli şah», M.F.Axundzadə), Fənd Bağır, Doktor Mahmud, Mozalan («Adamın adamı», «Səhra yuxuları», «Sizi deyib gəlmişəm…», Anar), Çığatay ( «Məhəbbət yaşadır» N.Hacızadə), Amerika yazıçısı («Biganələr oteli» R.İbrahimbəyov), Aleksandr Petroviç («Qızıl teşt» S.Səxavət), Qəni müəllim. İxtiyar («Gecə döyülən qapılar», «Burla xatun» N.Xəzri), Kişi ( «Hərdən mənə mələk də deyirlər…», K.Abdulla), Vəzir «Fərhad və Şirin» (S.Vurğun), İbn Tahir «Dar ağacı», Səttar («Rəqabət» B.Vahabzadə), Naşir «Kəllə» (N.Hikmət), Əbdürrəhim bəy Haqverdiyev «Hərənin öz payı» (X.Qoca), Axund Mirmöhsün ağa, Mirzə Ruhulla («Hökmdar və qızı», “Xurşidbanu Natəvan” İ.Əfəndiyev), Qasımlı («Bu dünyanın adamları» Hidayət), Kişi ( «Anlaşılmazlıq» A.Kamyu), Atakişi (“Eloğlu”, A.Şaiq), Mister Parviçini (“Tələ”, A.Kristi), Şeyx Əfəndi (“Füzuli və Əsmər”, M.M.Seyidzadə) və s. obrazları canlandırmışdır.

Teatr aktyoru Rafiq Əzimov eyni zamanda «Azərbaycanfilm» kinostudiyasında «Yeddi oğul istərəm» (Şahsuvar), «Xatirələr sahili» (Vəli), «Babək» (Saray şairi), «Ad günü »(Səlim) və s. filmlərinə çəkilib.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan S. Saninin «Dibdat bəy» (Dibdat bəy), İ.Səfərlinin «Göz həkimi» (İvanov), Ü.Hacıbəyovun «Ordan-burdan» (İsmayıl) teletamaşalarında oynayıb.

Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimov 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-cı ildə Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir