Əliheydər Ələkbərov – 100

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir. 

 

 Gecədə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət bildirib ki, Ə. Ələkbərovun teatr fəaliyyəti Azərbaycan mədəniyyətinin zənginləşməsinə səbəb olub: “Əliheydər Ələkbərov gözəl insan, gözəl pedaqoq və istedadlı rejissor idi. Mən Əliheydər müəllimin ailəsi ilə çox yaxın idim, biz bir yerdə çalışırdıq və ortaq tələbələrimiz bu gün də fəaliyyət göstərir, səhnədə çıxış edirlər. Onu hər zaman rəhmətlə, sayğı ilə anırıq. Əliheydər müəllimin əziz xatirəsi Akademik Milli Dram Teatrında hər zaman yaşayacaq”.

 

 

Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov, əməkdar artist Əli Nur və başqaları Ə. Ələkbərovun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

 

 Tədbirdə Ə. Ələkbərovun quruluş verdiyi “Almaz”, “Göz həkimi” tamaşalarından parçalar nümayiş olunub.

 

Qeyd edək ki, Ə. Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. O, 1975-ci il martın 3-də vəfat edib.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir