Elnar Qarayevin doğum günüdür

Qarayev Elnar

Akademik Milli Dram Teatrının əməkdaşı, dram artisti Elnar Qarayevin doğum günüdür. Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi adından Elnar Qarayevi

ömrünün əlamətdar günü münasibəti ilə təbrik edir, ona həmişə yüksəklikdə olmağı, xoşbəxtliklə dolu günlər keçirməyi arzu edirik.

 

Qarayev Elnar Cəfər oğlu (26.01.1983) 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2004-cü ildə teatr rejissoru ixtisasının bakalavr pilləsini, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Eyni ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. Bir çox dövlət səviyyəli tədbirlərin aparıcısı olub.

 

Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. Bu teatrda oynadığı rollar:

 

Bayram (“Dönüş”, Cəfər Cabbarlı),

Killer (“Oğul”, A. Babayev),

Qara div (“Məlikməmməd” nağılı),

Kəndli (“Ölülər”, Cəlil Məmmədquluzadə),

Həkim (“Domoklun qılıncı”, Nazim Hikmət),

Qapıçı (“Xəyanətin müsibəti”, İ. Kərimov),

Sərkərdə (“Dəli Domrul”, Altay Məmmədov),

Xanəli (“Türk sancağı”, A. Qurbani) və s.

Elnar Qarayev 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. O, bu teatrın səhnəsində aşağıdakı rolları ifa edib.

 

Kəndli, Məhbus (“Dirilən adam”, Mir Cəlal),

Aşıq (“Ölüləri qəbristanlıqda basdırın”, İsmayıl Şıxlı),

Tələbə (“Mesenat”, Əli Əmirli),

Sehrbaz pişik (“Tıq-tıq xanım”, Abdulla Şaiq),

Katib (“İkinci səs”, Bəxtiyar Vahabzadə ),

Sakit (“Bizim qışın sərgüzəşti”, X. Həsənova ),

Cəlil (“İmzanın hökmü”, T. Kazımov),

1-ci ozan (“Gəl Novruzum”, S. Cavadlı),

Culian Qoşer (Dövlət naziri)(“Kvazimodo”, Viktor Hüqo),

Mühafizəçi (“Varlı qadın”, Əli Əmirli),

Jurnalist (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev),

Xidmətçi (“Bu dünyanın adamları”, Hidayət),

Marsel (“Hamlet”, Uilyam Şekspir),

Süpürgəçi (“Qatil”, Elçin)

Bədəl (“Boy çiçəyi”, İlyas Əfəndiyev)

Rəşid (“Qürbətdən gələn məktublar” H. Həsənov)

Məsud (“Şeyda”, H. Cavid)

Dominiko (“Körpüdən mənzərə”, Artur Miller)

Qasid (“Qarabağnamə”, İ. Əfəndiyev)

Füzuli (“Füzuli və Əsmər”, M.M. Seyidzadə)

Şiraslan (“Tülkü tülkü tünbəki”, X. Həsənova)

Yığıcı, Mirzə, Gizir (“Kuraj və uşaqları”, B. Brext)

II kishi (“Yaşlı xanımın gəlişi”, F. Dürremant)

Dilənçi (“Qatarın altına atılan qadın”, A. Məsud)

Qədir bəy (“Lənkəran xanının vəziri”, M.F.Axundov)

Padşah, çoban (“Danışan gəlincik”, A. Şaiq)

Əlibaba (“Əlibaba və qırx quldur”)

Partniyakin (“Gəncə qapıları”, H. Mirələmov)

Vəli xan (“Şah Qacar”, Ə.Əmirli)

Kinto (“Xanuma”, A. Saqareli)

Məxfi məsləhətçi (“Kölgə”, İ. Şvars)

Oruc (“Qaraca qız”, A. Şaiq)

Qənbər (“Anamın kitabı”, C. Məmmədquluzadə)

Ruh (“Teleskop”, Elçin)

Viktor (“Keçmişdən zəng”, A. Krım )

Xansu (“Mənim günahım”, İlyas Əfəndiyev)

 

 

Filmoqrafiya

 

Yanmış körpülər – Ərəb mühafizəçi (seial, 2003)

Vəsiyyət ilə evlilik – Mühafizə xidmətinin rəisi (rus serialı, 2006)

Biz qayıdacağıq (film, 2007)

Tacirlər – Deputat (İran serialı, 2009)

Etiraf – Cəfər Cabbarlı (b/s film, 2004)

Qu rəqsi – Tapdıq (film, 2007)

Sarı Gəlin – Ağaəli (film, 2006)

Ünvansız eşq – Əziz (serial, 2011)

Aktrisa – əməliyyatçı(tammetrajlı bədii film, 2011)

Mürafiə vəkillərinin hekayəti – Fərraş (film, 2011)

Həyat varsa – Elxan (serial, 2012)

Muradına çatan Günəş – Orxan (serial, 2012)

Üç görüş – Sərvər (film, 2012)

Şəhid Şəhər – Yaralı əsgər (film, 2012)

Xoca – Arzu (film, 2012)

Dərvişin qeydləri – Aspirant (film, 2013)

Yollara uzanan gün – Kürəkən (film, 2014)

İzi itməyən cinayətlər – Seymur (serial, 2015)

Bir ailəm var – Vasif (serial, 2015)

Ölülər XXI əsr – Kefli İsgəndər (film, 2016)

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir