Əməkdar artist Sabir Məmmədovun doğum günüdür

Yanvarın 24-də Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Sabir Məmmədovun doğum günüdür. Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi adından Sabir Məmmədovu ömrünün əlamətdar günü münasibəti ilə təbrik edir, ona həmişə yüksəklikdə olmağı, xoşbəxtliklə dolu günlər keçirməyi arzu edirik. 

Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonu, Poylu kəndində anadan olmuşdur.

1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov aşağıdakı rolları oynamışdır:   Xoşbəxt Adam («Park» R.İbrahimbəyov), 1-ci ərizəçi («Lənkəran xanının vəziri», M.F.Axundzadə, Hüseyn («Bəxt üzüyü», V.Səmədoğlu), Toğrul («Uca dağ başında», V.Səmədoğlu), Xəlil («Müvəqqəti ər», R.N.Güntəkin) və s.

Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır.

Səfər (“Gecə döyülən qapılar», N.Xəzri), Kumar («Qanqın böyük dalğası», C.Əfruz), Fərman («Yalan», S. Rəhman), Şahmar, Saday bəy, Seyid Hüseyn («Dəlilər və ağıllılar», «Hökmdar və qızı», («Xurşidbanu Natəvan», İ.Əfəndiyev), Akkanad («Sokratı anma gecəsi», Ç.Aytmatov), İlus («Burla xatun» N.Xəzri), Teymur ağa («Lənkəran xanının vəziri», M.F.Axundov), Sarvan («Bu dünyanın adamları», Hidayət), Şair («Kəllə», N.Hikmət), Horatsio («Hamlet» V.Şekspir), M.Ə.Sabir («Hərənin öz payı» X.Qoca), Dulu Xaqan, Rəşad («Özümüzü kəsən qılınc», «İkinci səs», B.Vahabzadə), Yavuz («Afət», H.Cavid), Oğlan («Qatil », Elçin), İsgəndər («Ölülər», C.Məmmədquluzadə), Eddi Karboni ( “Körüdən mənzərə ”, A.Miller), Şeyda ( “Şeyda” H.Cavid).

Sabir Məmmədov «Kamança» (Əbdüləli), «Qaçaq Süleyman» (Murad), «Yağışdan sonra» (Əmin), «Apardı sellər Saranı» (İgid), «Qırmızı qar» (Əsgər) teletamaşalarına və «Babamın babasının babası» (Tapdıq), «Təzə evlənənlər» (Rüstəm) bədii filmlərinə çəkilib.

Sabir Məmmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2005-ci ildən Prezident mükafatçısıdır.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir